Bank Respublika ASC
React developer ( middle\senior)
Son tarix 29 yan 2026 - Müraciət et
Təsvir
- React.js, digər kitabxana və texnologiyalardan istifadə etməklə yaxşı dizayn edilmiş və yüksək keyfiyyətli front sistemlər qurmaq;
- Front-end arxitekturanı davamlı təkmilləşdirmək;
- Komponentlərin maksimum performans üçün optimallaşdırılması;
- Cihaz və brauzerlər arasında performansı təmin etmək üçün kodun sazlanması və optimallaşdırılması;
- Kod review-da iştirak.
Tələblər
- Sahə üzrə minimum 3 il iş təcrübəsi (bank sektoru arzuolunandır);
- JavaScript üzrə dərin biliklər (DOM manipulasiyası, ES6 daxil olmaqla);
- Redux və Redux Toolkit üzrə praktiki biliklər;
- Kompleks UI komponentləri yaratmaq və React-də state-in idarəetmə bacarığı;
- Node js + Express js ilə effektiv kod yazma bacarığı (RESTful API yazılması üzrə təcrübə) ;
- React hook form və ya oxşar form state idarə etmə kitabxanası ilə təcrübə;
- TypeScript və TSX ilə praktiki təcrübə;
- Code review təcrübə;
- CI/CD pipeline və tool-ları haqqında məlumat;
- Micro-frontends ilə təcrübə (arzuolunandır)
- Test kitabxanaları ilə təcrübə (arzuolunandır)
- Analitik düşünmə bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Problem həll etmə bacarığı
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Kiçik İT auditor
Son tarix 29 yan 2026 - Müraciət et
Təsvir
- Bankın İT prosesləri və informasiya sistemləri üzrə daxili audit tapşırıqlarında iştirak etmək;
- İT ümumi nəzarətləri (ITGC), istifadəçi səlahiyyətlərinin idarə olunması, dəyişikliklərin idarə olunması və əsas İT nəzarət mexanizmlərinin qiymətləndirilməsində iştirak;
- İnformasiya təhlükəsizliyi, kiberrisklər, məlumatların bütövlüyü və əlçatanlığı üzrə nəzarətlərin yoxlanılmasına dəstək göstərmək;
- Mərkəzi Bankın (CBAR) normativ tələbləri və Bankın daxili siyasət və prosedurlarına uyğunluğun qiymətləndirilməsində iştirak;
- Audit işçi sənədlərinin, sübutların və analizlərin hazırlanması və sənədləşdirilməsi.
- Müşahidə edilmiş çatışmazlıqlar üzrə audit tapıntılarının formalaşdırılmasına və tövsiyələrin hazırlanmasına dəstək;
- Audit tövsiyələri üzrə təsdiqlənmiş icra tədbirlərinin (action plan) izlənilməsində iştirak.
Tələblər
- İqtisadiyyat və ya Hüquq üzrə ali təhsil (digər ixtisaslar qəbul edilmir);
- İT audit, informasiya təhlükəsizliyi və risklərin idarə olunması və ya oxşar sahələrdə minimum bir il iş təcrübəsi;
- CISA, ISO 27001, COBIT, ITIL və oxşar sertifikatlar arzuolunandır;
- Analitik düşünmə, riskləri anlama və detallara yüksək diqqət bacarığı;
- Audit, daxili nəzarət və uyğunluq yönümlü yanaşma və peşəkar etik davranış;
- İngilis dili üzrə yaxşı səviyyədə bilik (normativ və texniki sənədlərlə işləmək üçün).
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Sistem analitiki ( İT biznes analitik)
Son tarix 29 yan 2026 Müraciət et
Təsvir
- Proqram təminatının hazırlanması üzrə texniki tapşırıqların tərtibi;
- Proqram təminatının funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
- Proqram təminatının daxili biznes məntiqinin inkişaf etdirilməsi və keyfiyyətinə nəzarət;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
- Daxili hesabatların hazırlanması və onların təhlili.
Tələblər
- Ali təhsil;
- Analitika sahəsi üzrə minimum 1 il iş təcrübəsi;
- BPMN bilikləri;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər.
- Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
- SQL bilikləri arzuolunandır;
- API baza bilikləri arzuolunandır;
- Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
- Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
- Stressə davamlı, çalışqan və ünsiyyətçil;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Maliyyə departamentininin Menecment informasiya sistemləri şöbəsinin kiçik mütəxəssisi
Son tarix 29 yan 2026 - Müraciət et
Təsvir
- Periodik hesabatların hazırlanması (Excel və s. proqramlardan istifadə etməklə);
- Müvafiq tənzimləyici orqanların normativ aktlarına riayət olunmasına nəzarət.
- İşi mühasibat qayda və prosedurlarına və daxili sənədləşmə nəzarətinə uyğun şəkildə aparmaq.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Maliyyə sahəsində minimum 6 ay iş təcrübəsi;
- Analitik qabiliyyətlər;
- Excel proqramı ilə yüksək səviyyədə işləmə bacarığı (formulalar, məntiqlər, shortcuts və s.);
- SQL və “Data management”-ə aid digər bacarıqlar arzuolunandır;
- Azərbaycan dili əla, Rus dili və ya İngilis dili yaxşı səviyyədə arzuolunandır;
- Sərbəst işgüzar ünsiyyət saxlamaq bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











