Bank Respublika ASC
Pulların leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsinin (PL/TMM) mütəxəssisi
Son tarix 12 mar 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi;
- PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
- PL/TMM proqram təminatında müştərilərin ölkədaxili və transsərhəd ödənişlərinin gündəlik əsasda yerli və beynəlxalq sanksiya siyahıları ilə uyğunluğunun araşdırılması, ödənişlərin icrasına dair rəylərin verilməsi;
- Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
- PL/TMM şöbəsinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
- Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM şöbəsinə daxil olan sorğuların, müraciətlərin bankdaxili PL/TMM haqqında qaydalarla uyğunluğunun araşdırılması və cavablandırılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə təhsil);
- Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə;
- Kompüter bilikləri: Microsoft Office Excel - yaxşı səviyyədə;
- Bank fəaliyyətini tənzimləyən normativ qaydaların tələbləri üzrə biliklər;
- Araşdırma və təhlil üçün tələb olunan məlumatı toplama bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məsuliyyətlilik və təşəbbüskarlıq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 mart 2024-cü il tarixinədək, email-in mövzu hissəsində PL/TMM şöbəsinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növ
Proqram təminatı şöbəsinə mütəxəssis(DevOps)
Son tarix 26 mar 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Cİ/CD Proseslərinin tətbiqi,prakitiki billiklər;
- Monitoring sistemləri ilə işləmə baçarıqları;
- Microservis arxitekturalı sistəmdə avtomatlaşdırılma və xətaların aradan qaldırılması.
Namizədə qarşı tələblər:
- Ali təhsil (aidiyyatı sahə üzrə);
- Aidiyyatı sahə üzrə 2 ildən artıq iş təcrübəsi;
- Linux ƏS-ri (CentOs,Ubuntu,Alpine) sistemləri üzrə geniş administrasiya bilikləri və iş təcrübəsi;
- DevOps Tools - Docker, K8s/Nomad, Git, Vault, Consul, Gitlab CI/CD, Ansible texnologiyaları üzrə geniş biliklər və iş təcrübəsi;
- Scripting – Bash,Python;
- Monitoring tools: Nagios, Prometheus/Grafana;
- WebServer: Apache+Php, Nginx,Tomcat;
- DB və cache, MQ: PostgreSql, Mongo, Redis, Memcache, Rabbitmq;
- Virtualizasiya – VmWare,VirtualBox;
- Azərbaycan dili (əla), Rus dili (yaxşı); İngilis (orta) ;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Proqram təminatı şöbəsinə mütəxəssis” qeyd edərək elektron ünvanına göndərə bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Layihələrin İdarə Edilməsi Departamentində Mütəxəssis/Aparıcı mütəxəssis
Son tarix 12 mar 2024 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Layihəyələrin koordinasiyası, sənədləşməsi, izlənməsi, monitorinqi, nəzarət və loqistika məsələrində LİD-in səlahiyyətli şəxsləri və layihə rəhbərlərinə dəstək vermək;
- Layihələrin iş prosesi standartları və zəruri sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
- Bank üzrə layihələrin uğurlu həyata keçməsi məqsədi ilə zərurət yarandığı təqdirdə layihə qrupunun üzvü və ya layihə meneceri kimi iştirak etmək;
- Layihələrin konsepsiyası, metodologiyası, standartları, iş prosesi üzrə sənəd şablonlarının hazırlanmasında iştirak etmək;
- Layihələrlə əlaqəli tender və müsabiqələrin təşkili və keçirilməsində iştirak etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə təhsilin olması və ya müvafiq sahə üzrə təlimlərdə iştirak arzuolunandır);
- Layihələrin idarə edilməsi üzrə minimum 1 il iş təcrübəsi (müvafiq sahə üzrə təhsil olduğu halda təcrübə olmaya bilər);
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili və İngilis dili (yaxşı);
- Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 mart 2024-cü il tarixinədək email-in mövzu hissəsində Layihələrin idarə edilməsi üzrə mütəxəssis/aparıcı mütəxəssis qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.