Bank Respublika ASC
İnsan Resursları Departamenti, Analitik
Son tarix 08 noy 2026 - Müraciət et
Təsvir
- HR büdcəsinin hazırlanması, icrasının izlənilməsi, plan-fakt təhlilinin aparılması və kənarlaşmaların səbəblərinin müəyyən edilməsi;
- Əməkhaqqı fondu, işçi sayı və digər HR xərcləri üzrə təhlil və proqnozların hazırlanması;
- Aylıq, rüblük və illik HR hesabatlarının hazırlanması;
- HR üzrə əsas fəaliyyət göstəricilərinin (KPI) müəyyənləşdirilməsində iştirak, həmin göstəricilərin hesablanması və mütəmadi monitorinqi;
- İşə qəbul, işçi sayı, əməkhaqqı və işçi axını (turnover) göstəricilərinin təhlili, əsas tendensiyaların və dəyişikliklərin səbəblərinin müəyyən edilməsi;
- Vəzifələrin dərəcələndirilməsi (grading) sisteminin strukturunun və metodologiyasının hazırlanmasında, eləcə də tətbiqində iştirak;
- Performansın idarə edilməsi sisteminin hazırlanmasına və tətbiqinə analitik dəstəyin göstərilməsi, aidiyyəti tərəflərin zəruri məlumat və hesabatlarla təmin edilməsi;
- Vəzifə yüksəlişi təkliflərinin toplanması və qiymətləndirilməsi, onların büdcəyə və əsas HR göstəricilərinə təsirinin təhlili;
- İdarə Heyəti və rəhbərliyin strateji qərarlarını dəstəkləmək məqsədilə analitik hesabatların, təqdimatların, interaktiv dashboardların və əsaslandırılmış təkliflərin hazırlanması;
- HR proseslərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə məlumatlara əsaslanan təkliflərin verilməsi;
- HR layihələri və təşəbbüsləri üzrə maliyyə hesablamalarının aparılması, gözlənilən xərclərin və büdcəyə təsirin qiymətləndirilməsi;
- HR məlumatlarının düzgünlüyünün, tamlığının və mənbələr üzrə uyğunluğunun yoxlanılması, hesabatlarda vahid hesablama metodologiyasının tətbiqinin təmin edilməsi;
- Məlumatların emalı və hesabatların hazırlanması proseslərinin avtomatlaşdırılmasında iştirak.
Tələblər
- İqtisadiyyat, maliyyə, statistika, biznesin idarə edilməsi, insan resurslarının idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Analitika, maliyyə planlaşdırılması, büdcə nəzarəti və ya HR analitikası sahəsində 1–3 il iş təcrübəsi;
- Excel üzrə yüksək səviyyədə bilik: mürəkkəb formullar, pivot cədvəllər və Power Query ilə işləmə bacarığı;
- SQL və Power BI üzrə praktiki bilik mütləqdir: Power BI-da məlumat modellərinin və interaktiv hesabatların hazırlanması;
- Böyük həcmli məlumatları strukturlaşdırmaq, təhlil etmək və nəticələri aydın şəkildə təqdim etmək bacarığı;
- Büdcələşdirmə, proqnozlaşdırma, plan-fakt təhlili və maliyyə göstəriciləri ilə işləmə bacarığı;
- HR göstəriciləri və KPI-ların hesablanması, şərhi və təhlili prinsipləri barədə bilik;
- Vəzifələrin dərəcələndirilməsi və performansın idarə edilməsi sistemləri barədə bilik arzuolunandır;
- Analitik nəticələri biznes baxımından şərh etmək və əsaslandırılmış təkliflər hazırlamaq bacarığı;
- Hesabat və təqdimat hazırlamaq, nəticələri müxtəlif maraqlı tərəflərə aydın şəkildə çatdırmaq bacarığı;
- Azərbaycan dilini yüksək səviyyədə bilmək; rus və ingilis dillərini bilmək arzuolunandır;
- Güclü analitik düşüncə, detallara diqqət, məsuliyyət və işə sistemli yanaşma;
- Əməkdaşların şəxsi və əməkhaqqı məlumatlarının məxfiliyinə riayət etmək.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Monitorinq şöbəsinin kiçik mütəxəssisi, mütəxəssisi
Son tarix 08 noy 2026 Müraciət et
Təsvir
- Filialların kredit portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
- Filiallarda verilmiş kreditləri monitorinq etmək və monitorinq olunan kreditlərin keyfiyyətini qiymətləndirmək;
- Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda bankın daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
- Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Risk sahəsi üzrə sertifikatların olması üstünlükdür;
- Təcrübə: Bankda biznes və istehlak kreditləri üzrə minimum 1 illik iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və Ingilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Bankın filiallarına mütəmadi olaraq ezamiyyətlərə gedə bilmək imkanının olması.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














