Bank Respublika ASC
Aparıcı/Baş mütəxəssis – Backend Developer (Java)
Son tarix 02 avq 2026 - Müraciət et
Təsvir
- Java (8/11/17/21) və Spring Boot texnologiyalarından istifadə etməklə yüksək yüklü backend sistemlərinin dizaynı, hazırlanması;
- Mikroservis arxitekturasının dizaynı, texniki qərarların qəbulu və arxitektura standartlarının müəyyən edilməsi;
- REST API-ların dizaynı, versiyalaşdırılması və performansının optimallaşdırılması;
- Sistemlərin miqyaslana bilməsi (Scalability), etibarlılığı (Reliability) və təhlükəsizliyinin təmin edilməsi;
- PostgreSQL və Oracle verilənlər bazaları ilə işlənilməsi, sorğuların optimallaşdırılması;
- RabbitMQ, Apache Kafka və Redis texnologiyaları üzrə biliklər;
- Bank sistemləri və inteqrasiya platformaları ilə mürəkkəb inteqrasiyalarının qurulması;
- Code Review proseslərinin aparılması, Clean Code və qabaqcıl təcrübələrin (Best Practices) komandada tətbiqinin təmin edilməsi.
Tələblər
- Ali təhsil (İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya digər əlaqəli ixtisaslar üzrə təhsil üstünlükdür);
- Backend proqram təminatının hazırlanması sahəsində minimum 3–7 il iş təcrübəsi;
- Java Core və Spring Boot texnologiyaları üzrə dərin biliklər;
- Hibernate/JPA ilə işləmə, verilənlər bazası performansının optimallaşdırılması üzrə təcrübə;
- Mikroservis arxitekturasının dizaynı və layihələndirilməsi üzrə praktiki təcrübə;
- Relasional verilənlər bazaları (PostgreSQL, Oracle) üzrə dərin biliklər;
- Git versiya nəzarət sistemi və CI/CD prosesləri ilə işləmə təcrübəsi;
- Maven və ya Gradle build alətləri ilə işləmə təcrübəsi;
- Multithreading, Concurrency və Transaction Management üzrə dərin biliklər;
- System Design prinsipləri və yüksək yüklü (High-load) sistemlər üzrə təcrübə;
- Keycloak ilə praktiki iş təcrübəsi üstünlükdür;
- API Gateway həlləri (Gravitee və ya oxşar platformalar) ilə iş təcrübəsi üstünlükdür;
- Camunda (BPMN) platformasında biznes proseslərinin avtomatlaşdırılması üzrə təcrübə üstünlükdür;
- Docker və konteyner orkestrasiya platformaları üzrə biliklər üstünlükdür;
- Monitoring və Observability alətləri (Prometheus, Grafana, ELK) ilə işləmə təcrübəsi üstünlükdür;
Şəxsi bacarıqlar:
- Komandaya texniki liderlik və mentorluq etmək bacarığı;
- Mürəkkəb texniki problemləri həll etmək texniki qərarlar qəbul etmək bacarığı;
- Komanda daxilində və müxtəlif funksional komandalarla effektiv əməkdaşlıq və kommunikasiya bacarığı;
- Nəticəyönümlü, məsuliyyətli, təşəbbüskar və yüksək özünütəşkil bacarığı;
- Yeni texnologiyaları, alətləri və yanaşmaları öyrənməyə, tətbiq etməyə və əldə olunan bilikləri komanda ilə paylaşmağa yüksək motivasiya.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
















