Bank Respublika ASC
Mobil və Web tətbiqlər üzrə Keyfiyyətin Təminatı (QA) mütəxəssisi
Son tarix 19 iyl 2026 - Müraciət et
Təsvir
- Mövcud tətbiqlərin funksional testi (front-end və back-end), veb-servislərin keyfiyyətinin izlənilməsi;
- Tətbiqlərin daxili biznes məntiqinin inkişaf etdirilməsi;
- Test case-lərin hazırlanması;
- Manual testləri icra etmək;
- Baza səviyyəsində avtomatlaşdırılmış testlərin hazırlanması və icrası;
- Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.
Tələblər
- Ali təhsil;
- Mobil və ya Web tətbiqlərin testləşməsi üzrə minimum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan əla, Rus və İngilis dilləri texniki səviyyədə arzuolunandır;
- API testləri üzrə bilik (Postman, Swagger və ya digər vasitələrlə);
- Test avtomatlaşdırması üzrə baza səviyyəsində bilik;
- SQL sorğuları ilə işləmə bacarığı;
- Jira, TestRail test idarəetmə alətləri ilə işləmə;
- Sistemli şəkildə düşünmək və məhsulu inkişaf etdirə bilmək bacarığı;
- Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı
Bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
















