Bank Respublika ASC
Əməliyyat risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 13 yan 2026 Müraciət et
Mütəxəssis:
- Əməliyyat riskinin idarə edilməsi prinsipləri və çərçivələri barədə biliklər;
- Risk hadisələrinin qeydiyyatı, təhlili və hesabatlılığı;
- Risk, Kontrol üzrə özünüqiymətləndirmə proseslərində iştirak və nəticələrin analizi;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində əsas risk indikatorları və əsas nəzarət indikatorlarının izlənilməsi və təhlili;
- Əməliyyat risklərinin azaldılması üzrə tövsiyə və təkliflərin hazırlanması;
- Daxili qayda və prosedurların hazırlanmasında iştirak;
- Daxili audit, komplayens və digər şöbələrlə əməkdaşlıq;
- İnsidentlərin idarəolunması;
- Proseslərin təhlili, risk faktorlarının aşkar edilməsi və qiymətləndirilməsi;
- Layihələrdə risk qiymətləndirilməsi aparmaq və risklərin azaldılması üzrə tövsiyələr vermək.
Aparıcı mütəxəssis:
- Risk indikatorlarının təyin edilməsi və monitorinq sisteminin qurulması ;
- Risk, Kontrol üzrə özünüqiymətləndirmə proseslərində iştirak və nəticələrin analizi;
- İtki məlumat bazasının toplanması;
- əməliyyat riski hadisələrinin toplanması;
- Əməliyyat riskləri üzrə Mərkəzi bank tələblərinin icrası;
- Əməliyyat risklərinin idarə edilməsi prosesində əsas risk indikatorları və əsas nəzarət indikatorlarının izlənilməsi və təhlili;
- Təlimat, metodologiya, qaydalar və hesabatlar hazırlamaq;
- Daxili audit, komplayens və digər şöbələrlə əməkdaşlıq;
- İnsidentlərin idarəolunması.
Tələblər
- Əməliyyat risklərinin idarə olunması metodologiyaları, Basel standartları və ORM çərçivəsi haqqında biliklər;
- RCSA, KRI, KCI, Risk Reyestri, Ssenari Analizi, İtki Məlumatlarının Toplanması, Risk Hadisələrinin İdarə Edilməsi üzrə praktik bilik və təcrübə arzuolunandır;
- Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
- Mütəxəssis vəzifəsi üzrə: Əməliyyat sahəsində minimum 2 il iş təcrübəsi;
- Aparıcı mütəxəssis vəzifəsi üzrə: Əməliyyat sahəsində minimum 7 ilədək iş təcrübəsi;
- Risklərin (xüsusilə əməliyyat riskləri) idarəedilməsi üzrə sertifikatların olmasına üstünlük verilir;
- Biznes proseslərinin tənzimlənməsi barədə qanunvericilik aktları və AR Mərkəzi Bankının müvafiq normativləri və qaydaları barədə biliklər;
- Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - yaxşı səviyyədə arzuolunandır;
- Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
- Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
- Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Komanda və insanlar ilə işləmək bacarıqları;
- Məsuliyyət və detallara qarşı diqqət.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil- Bakalavr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.











