Bank Respublika ASC
Təsərrüfat departamentinə Elektrik
Son tarix 17 fev 2024 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- İşıqlandırıcı armaturların cərəyan açarları, ştepsel rozetkaları və patronlarının şəbəkəyə qoşulmaqla qurulması;
- Sadə qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi;
- Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlar və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;
- Kontaktorların, rele nəzarətçi, komanda-aparatların yoxlanılması, təmizlənməsi;
- Elektrik mühərrikləri və generatorların hissələrinin yığılması, təmizlənməsi, yağlanması, şotkaların dəyişdirilməsi.
Namizədə qarşı tələblər:
- Ali təhsil (elektrik və ya avtomatlaşdırma üzrə)
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- “B” kateqoriyalı sürücülük vəsiqəsi arzuolunandır;
- İntizamlılıq və məsuliyyətlilik;
- Komandada işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 Fevral 2024-cü il tarixinədək email-in mövzu hissəsində Elektrik qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.