Rəqəmsal bankçılıq və ödəniş kartı müştəriləri ilə iş şöbəsinin eksperti
Son tarix 18 mar 2022
Bu şirkətlər işçi yığır: əmək haqqı 500-800-1200-1500-1800 manat - 30 VAKANSİYA
Əsas vəzifə və öhdəliklər:
-
İnnovativ layihələrin inkişafının təmin edilməsi
-
İnnovativ layihələrdə iştirak edən partnyorlarla iş birliyinin təşkil edilməsi
-
Potensial pərakəndə müştərilərin banka cəlb olunması üçün alternativ satış kanallarının inkişaf etdirilməsi
-
“Dost Bank” mobil tətbiqinin və internet bankçılığın inkişafı üçün araşdırmaların aparılması
-
Rəqəmsal layihələrin icrası ilə bağlı ilkin bazar araşdırmalarının həyata keçirilməsi və komanda üzrə görüləcək işlərin planlamasında iştirak edilməsi
-
İT sahəsi üçün biznes proseslər üzrə texniki sənədlərin hazırlanması
-
İcrası tamamlanmış funksionallıq və proqram təminatı üzrə testlərin aparılması
Tələblər:
-
Ali təhsil
-
Yüksək ünsiyyətqurma bacarığı
-
Əla səviyyədə Azərbaycan dili və rus dili, orta səviyyədə ingilis dili bilikləri
-
Yaradıcı və analitik düşünmə qabiliyyəti
-
MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
-
Məsuliyyətli və intizamlı iş yanaşması
-
Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq
İş yeri: Baş İdarə
İş vaxtı: 5 iş günü, 09:00-18:00
Müraciət qaydası:
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Rəqəmsal bankçılıq qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.