Bank BTB
Kadrlar şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 21 dek 2022 - [email protected]
İş barədə məlumat:
- AR-nın Əmək Qanunvericiliyinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin hazırlanması və lazımi sənədlərin toplanması;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
- İşçilərə cari əmək fəaliyyətləri haqqında arayışların verilməsi;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl ürə istifadə edilməsinə nəzarət edilməsi;
- Xəstəlik vərəqələrinin doldurulması və qeydiyyatı;
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi;
- Həftəlik və aylıq hesabatların hazırlanması;
- Elektron və yazılı Əmək müqavilələrinin tərtib olunması və qeydiyyatı ;
- Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
- İşçi heyətinin müqavilələrinin, əlavə razılaşmalarının, əmrlərinin, bildiriş məktublarının, intizam məsuliyyətinə cəlbetmə haqqında əmrlərin hazırlanması (xəbərdarlıq, töhmət) və s.;
- Yeni əmək kitabçalarının verilməsi , doldurulması və qeydiyyatı.
Namizədə tələblər:
- Ali təhsil;
- İnsan resurslarının idarə edilməsi sahəsində maliyyə sektorunda ən azı 2 il təcrübə;
- Azərbaycan və Rus dillərində mükəmməl danışıq və yazı bacarığının olması, İngilis dil biliyi – yaxşı səviyyədə;
- Ünsiyyət qurma bacarığı;
- Analitik qabiliyyət;
- Əmək qanunvericiliyi üzrə mükəmməl biliklər (uyğun sahədə sertifikatın olması üstünlükdür) .
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 dekabr 2022-ci il tarixinədək “Kadrlar şöbəsinin aparıcı mütəxəssisi” mövzusunu qeyd etməklə elektron ünvanına göndərə bilərlər.