Baku Steel Company CJSC
Mühasib/kiçik mühasib
Son tarix 27 avq 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi;
-
Kassa aparatı ilə işləmək;
-
Kassa əməliyyatlarının yerinə yetirilməsi
-
Qaimə və vergi hesab fakturaların yazılması;
-
Öz vəzifə öhdəliklərinin icrası üçün zəruri olan informasiya materiallarını və normativ – hüquqi sənədləri əldə etmək və istifadə etmək;
Təhsil və Təcrübə:
-
Ali təhsil (mühasibatlıq üzrə)
-
Profil üzrə 1 il təcrübə
-
Yaş həddi: 22-44 yaş
-
Excel və 1 C proqramında işləməyi bilməli
Maraqlanan şəxslər mövzu yerində “Mühasib və ya kiçik mühasib” qeyd etməklə CV göndərə bilərlər.
Texniki dəstək üzrə mütəxəssis/kiçik mütəxəssis
Son tarix 27 avq 2023 [email protected]
Vəzifə üzrə fəaliyyəti:
-
Şirkətdə istifadə olunan avadanlıqların işində xətalar və ya sıradan çıxma halları olduqda onların bərpa olunması üçün operativ tədbirlər görür;
-
Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması;
-
Noutbuk, kompüter, printer və şəbəkə avadanlıqları daxil olmaqla bütün cihazların quraşdırılması və proqram təminatlarının yüklənməsi,yaranan problemlərin aradan qaldırılması;
-
Əməliyyat sistemlərinin yazılması.
Tələblər:
-
Ali təhsil (üstünlük texniki ixtisas);
-
İT sahəsində ən azı 2 illik iş təcrübəsi;
-
Windows əməliyyat sistemlərinə dair biliklər və işləmək bacarığı;
-
Şirkətin fəaliyyətində istifadə olunan sistemlərin quruluş və iş prinsiplərinin bilikləri;
-
Çox tapşırıqlı iş rejimində işləmə qabiliyyəti;
-
Ölkədaxili ezamiyyələrə getmək imkanı;
-
Azərbaycan və rus dili sərbəst, İngilis dili bilikləri (danışıq qabiliyyəti, texniki sənədlərin oxunub tərcümə olunması).
Qeyd : Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Texniki dəstək üzrə mütəxəssis və ya kiçik mütəxəssis” yazmaqla göndərməyiniz xahiş olunur.
Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.