Baku Bus
Əmək haqqı hesablanması üzrə mütəxəssis
Son tarix 16 iyn 2024 [email protected]
Öhdəliklər:
- İşçilərin aylıq əmək haqlarını, məzuniyyət haqlarının, son haqq-hesab, xəstəlik vərəqələri üzrə ödənişlərinin, mükafatların və s. düzgün hesablanması və 1C proqramına işlənməsi. Hesablamaların aparılması üçün lazımi sənədlərin qəbul edilməsi və düzgün aparılmasına nəzarət edilməsi.
- Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanmasının həyata keçirilməsi, protokolların hazırlanması, sənədləşdirilməsinə nəzarət;
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlamaq
- Əmək haqqı üzrə statistik hesabatların hazırlanması.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər:
- İqtisadi, maliyyə, muhasibat uçotu üzrə ali təhsil
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili- İngilis dili (arzuolunandır)
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəlləsi və tələb olunan digər normativ hüquqi aktlar barədə müvafiq biliklərin olması
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- MS Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı
- 1C
- Analitik düşünmə qabiliyyəti və məsuliyyətlilik
İş şəraiti:
- İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
- İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
- Professional və maddi artım üçün perspektiv
- Əmək haqqı 1800 (bir min səkkiz yüz) manat hesablanmış məbləğ.
Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.