Baku Business Consulting
Təcrübəli kadrlar üzrə mütəxəssis
Son tarix 28 yan 2023 [email protected]
Vəzifə öhdəliyi:
- Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlərin tamlığının yoxlanılması, işçilərin şəxsi işlərini formalaşdırmaq və qorunmasını təmin etmək;
- Əmək müqaviləsinin işəgötürən və işçi tərəfindən ləğv edilməsi, müddətinin uzadılması, xitam verilməsi və xitam verilərkən işçilərin təminatlarının sənədləşdirilməsini təmin etmək;
- Əmək müqavilələrinin bağlanması və ona dəyişikliklərin edilməsinin sənədləşdirilməsini təmin etmək;
- Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması, əmək müqavilələrinin, əmrlərin, digər rəsmi sənədlərin saxlanılmasını təmin etmək;
- İşçilərin əmək fəaliyyəti haqqında sənədin və müvafiq ödənclərin haqq-hesab sənədlərinin tərtib olunması, işçiyə arayışların, xasiyyətnamənin hazırlanmasını təmin etmək;
- Elektron imza ilə kadr kargüzarlığına aid hər bir əməliyyatın e-gov.az elektron hökumət protalına daxil olunmasını və dəyişikliklərin aparılmasını təmin etmək;
- Mükafatlandırılma, əmək və icra intizamının pozulmasına görə intizam tənbehinin verilməsinin sənədləşdirilməsini təmin etmək;
- Maddi məsuliyyət və onun həlli yollarının sənədləşdirilməsini təmin etmək;
- Zərurət yarandığı halda iş vaxtının növləri və tənzimlənməsi, iş vaxtının rejimi, istirahət vaxtı və işçilərin məzuniyyət hüquqlarından istifadəsinin sənədləşdirilməsində iştirak etmək;
- Məzuniyyət qrafikinin hazırlanması və qeydiyyatının aparılması;
- Emas.sosial.gov.az, İsb.az və Yoxlama.gov.az portalları ilə bağlı əməliyyatların yerinə yetirilməsi;
- Əmək haqqı kartlarının sifariş edilməsi;
- Aylıq tabellərin hazırlanması;
- E-gov portalında xəstəlik vərəqələrinin, eyni zamanda sosial və birdəfəlik müavinətlərinin işlənməsi;
- 1c proqramında kadr üzrə əməliyyatların aparılması;
- Əmək kitabçalarının açılması və doldurulması.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan Respublikası Əmək Məcəlləsini əla səviyyədə bilməli;
- MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
- Azərbaycan dili, rus və ingilis dili biliyi arzuolunandır;
- Kadr kargüzarlığı sahəsində minimum 1-2 il təcrübəsi olmalıdır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
- Analitik düşüncə və düzgün qərar vermə bacarığı;
- Komandada işləmə bacarığı;
- Problemləri təhlil və həll etmə bacarığı;
- Məsuliyyətli və loyallıq;
Biz Sizə nə təklif edirik:
- Peşəkar, mehriban komandada iş;
- Etibarlı şirkətdə karyera yüksəlişi;
İş şərtləri:
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 600 azn
CV-lərinizi elektron ünvanına “Təcrübəli kadrlar üzrə mütəxəssis” başlığı altında göndərməyiniz xahiş olunur.