DİREKTOR MÜAVİNİ (Zirə qəsəbəsi)
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ
• İstixananın fəaliyyət istiqamətini müəyyən edir və xarici bazarlara mal çıxarılması məsələlərin müzakirəsində iştirak edir;
• İstixananın məhsuldarlığının artırılması üçün təkliflər verir;
• İstixananın Maliyyə, Təchizat, İnsan Resursları və digər bölmələrin fəaliyyətinə nəzarət edir;
• Nəzarət etdiyi struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir.
• Onların işinin yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir;
• İstixananın fəaliyyətində riskləri müəyyən edir və müvafiq təkliflər verir.
ƏSAS TƏLƏBLƏR
• Ali təhsil (Biznesin idarə olunması, Ümumi İqtisadiyyat və digər aidiyyəti sahələr üzrə)
• Rəhbər vəzifədə minimum 5 illik iş təcrübəsi
• Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklər
• Kənd təsərrüfatı sahəsində rəhbərlik təcrübəsi arzu olunandır
• Rus və ingilis dilində səlis danışıq bacarığı əlavə üstünlük hesab ediləcək
İŞ ŞƏRAİTİ
• İstixana kompleksi Zirə qəsəbəsində yerləşir
• Nahar Şirkət tərəfindən təmin edilir
• Yanacaq xərcləri şirkət tərəfindən təmin olunur
• İş qrafiki: həftəiçi 5 gün, saat 08:00-dan 17:00-dək
Vakansiyaya müraciət üçün CV-nizi mövzu hissəsində “Direktor müavini” qeyd edərək [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.