Baku Agro Park
Təchizat üzrə Baş Mütəxəssis
Son tarix 17 avq 2024 - [email protected]
İş şərtləri:
- Əmək haqqı: 2000 AZN;
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək;
- Şirkət Zirə qəsəbəsində yerləşir;
- Tibbi sığorta;
- Nahar Şirkət tərəfindən təmin edilir.
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin prosedurlarına uyğun olaraq satınalma sorğularına nəzarət etmək;
- “1C” proqramında tələb olunan mal və ya xidmətlərə sifarişlərin artırılmasına nəzarət etmək;
- Bazar təhlilini etmək və tələb olunan mal-material üçün yerli və xarici bazarları araşdırmaq;
- Şirkəti lazımi gübrələr, pestisidlər, materiallar, xammal və avadanlıqlarla təmin etmək;
- Müvafiq malların keyfiyyət üzrə sertifikatlarının təqdim edilməsini tələb etmək;
- Müraciətçi ilə birlikdə potensial keyfiyyət problemlərini nəzərdən keçirib aşkar olunan qüsurları aradan qaldırmaq üçün lazımi tədbirlər görmək;
- Təchizatçılarla işgüzar yazışmalar və danışıqlar aparmaq;
- Şirkətin prosedurlarına uyğun olaraq qiymət araşdırması aparmaq;
- Malların və xidmətlərin alınması xərclərini azaltmaq üçün proqramlar təklif etmək;
- Tələb olunduqda rəhbərliyə podratçı/təchizatçı performans hesabatları hazırlamaq;
- Hazırlanan müqavilələrdə kommersiya şərtlərinin müəyyən edilməsinə nəzarət etmək;
- İdxal olunan malların gömrük rəsmiləşdirilməsi üçün lazımi sənədləri hazırlamaq;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Əsas tələblər:
- Ali təhsil (iqtisadiyyat və ya digər əlaqəli sahə üzrə);
- CIPS və ya satınalma üzrə sertifikatların olması arzuolunandır;
- Sahə üzrə minimum 5 il təcrübə;
- Kənd təsərrüfatı təchizatı üzrə biliklər arzuolunandır;
- Satınalma əməliyyatları (müqavilələrin idarə edilməsi, tender, logistika (beynəlxalq, gömrük rəsmiləşdirilməsi)) üzrə nəzəri və praktiki biliklər;
- Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Azərbaycan dilində səlis danışıq qabiliyyəti, ingilis və/və ya rus dillərində sərbəst danışıq qabiliyyəti üstünlükdür;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı, 1C proqramı üzrə biliklərə üstünlük verilir.
Müraciət üçün CV-nizi mövzu hissəsində “Təchizat üzrə baş mütəxəssis” qeyd edərək email ünvanına göndərməyiniz xahiş olunur.