Baku Agro Park
SƏTƏM mühəndisi
Son tarix 10 iyl 2024 - [email protected]
Bakı şəhərinin Zirə qəsəbəsində yerləşən Baku Agropark MMC-yə təcrübəli SƏTƏM mühəndisi axtarılır.
İş şəraiti:
- 5 günlük iş qrafiki (08:00 – 17:00 aralığı);
- İş yeri: Bakı şəhəri, Zirə qəsəbəsi.
- İş yerinə gediş-gəliş servislə təmin olunur;
- Nahar şirkət tərəfindən təmi olunur;
- Əmək haqqı: 1600 azn
Tələblər:
- Ali Texniki təhsil (mühəndislik üzrə);
- SƏTƏM üzrə sertifikatların olması;
- Minimum 3 illik iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsalat təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
- MS Office proqramlarında işləmək bacarığı;
- Təlim keçmək və təlim materialını hazırlamaq bacarığı;
- Təhlil etmə, hesabat vermə, məlumat toplama və problemləri müstəqil həll etmək bacarığı;
- Əməyin mühafizəsi normaları və qaydaları, eləcədə AR “Texniki təhlükəsizlik haqqında Qanunu” üzrə biliklərin olması.
Vəzifə öhdəlikləri:
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etmək;
- İş yerlərində zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək;
- Xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin saxlanılmasına, verilməsinə və onlardan düzgün istifadə olunmasına nəzarət etmək;
- Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsini təşkil etmək;
- Yanğın təhlükəsizliyi qaydalarına dair təlimlər keçmək, mövcud yanğınsöndürmə vasitələri ilə tanış etmək;
- İş yerlərinin sanitariyasına nəzarət və binanın, qurğuların, avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
- İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına, xidməti təlimatların işlənib hazırlanmasında iştirak etmək;
- İşçilərə Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) qaydaları haqqında mütəmadi olaraq təlimatlar vermək və bu sahədə biliklərini yoxlamaq;
- İş yerlərində bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
- Əməyin mühafizəsi üzrə müşahidələri apararaq gündəlik, həftəlik və aylıq hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;
- Ezamiyyətə gələn əməkdaşlara əməyin mühafizəsinə dair təlimlər keçmək;
- Fəaliyyəti ilə bağlı sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etmək;
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıqları yerinə yetirmək.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “SƏTƏM mühəndisi” qeyd edərək CV-nizi elektron ünvanına göndərməyiniz xahiş olunur.