AzəriMed QSC
Məhsul üzrə menecer (Product manager)
Son tarix 12 avq 2023 [email protected]
Tələblər:
- Yaş həddi: 20-45
- Təhsil: Ali tibbi təhsil;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- Səbrli, dinamik və işində məsuliyyətli olmalı;
- Yaradıcı yanaşma;
- Effektiv kommunikasiya və komandada işləmə bacarığı;
- Ezamiyyətlərə getmə imkanı olmalı;
Vəzifə öhdəlikləri:
- Bazar araşdırması aparmaq;
- Preparatların işləmə strategiyasını hazırlamaq;
- Promosiya materiallarının hazırlanmasını təşkil etmək;
- Öncədən təyin olunmuş müvafiq həkim ziyarətlərini həyata keçirmək;
- Məhsullara olan tələbatı artırmaq və satışını həyata keçirmək;
- Təyin olunmuş vaxtda müvafiq təqdimatlar hazırlamaq;
- Görülən işlər barədə mütəmadi olaraq hesabat hazırlamaq.
İş şəraiti:
- İş qrafiki: I-V günlər; 09:00-18:00
- Əmək haqqı: 1600 AZN+bonus sistemi mövcuddur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Product manager" qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.Əlavə suallar üçün (055) 455-95-91 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Təlim və İnkişaf üzrə Mütəxəssis
Son tarix 12 avq 2023 [email protected]
Tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Müvafiq sahədə minumum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dillərində sərbəst yazışma və ünsiyyət qurma bacarığı (İngilis dili üstünlükdür);
- Kompüter bilikləri: MS Office programlarını mükəmməl bilməli;
- Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
- Güclü təşkilati bacarıqlara malik olmalı;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
- Təlim materiallarını hazırlamaq və daim yeniləmək;
- Yeni işə qəbul olmuş işçilər üçün “Uyğunlaşma təlimi”nin təşkili və aparılması;
- Daxili təlimçilərin yetişdirilməsi layihəsində iştirak etmək;
- Təlimlərlə bağlı müvafiq məlumat bazalarını hazırlamaq;
- Müvafiq təlim ehtiyaclarını qarşılamaq üçün təlim proqramlarını hazırlamaq və təşkil etmək;
- Daxili Təlim proqramlarının hazırlanması ilə bağlı şirkət daxilində müvafiq mövzu üzrə mütəxəssislərlə/ekspertlərlə əməkdaşlıq etmək;
- Tədris qeydiyyat sənədlərinin saxlanılması, işçilərin iştirakına nəzarət etmək;
- Şirkət üzrə şöbələrin ƏEG yekun nəticələrinin əldə edilməsinə nəzarət.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
- Əmək haqqı: 800 AZN (Gross)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təlim və İnkişaf üzrə Mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Təlim Koordinatoru
Son tarix 12 avq 2023 [email protected]
Tələblər:
- Təhsil: Ali təhsil;
- Təcrübə: Müvafiq sahədə minumum 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus dili arzuolunandır;
- Kompüter bilikləri: MS Office programlarını mükəmməl bilməli;
- 1C proqramını yaxşı səviyyədə bilməli;
- İşgüzar yazışma əsaslarını bilməli;
- Yenilikçi, aktiv və komandada işləmək bacarığı olmalı;
Vəzifə öhdəlikləri:
- İllik Təlim planını tərtib etmək;
- Təlimlərin təşkili və məkanın təyin edilməsi, təlim materiallarının hazırlanması və təlim jurnalına qeydlərin aparılması;
- Şirkət daxili və xarici təlimlərin təşkil olunması;
- Sorğu anketləri vasitəsilə təlim prosessinin monitorinq və təhlili;
- Sertifikatların təşkil edilməsi;
- 1C üzrə hesabatların tərtib edilməsi.
İş şəraiti:
- İş qrafiki: Tam iş günü
- Ünvan: Nərimanov rayonu, Asif Məmmədov 30
- Əmək haqqı: 500 AZN (Gross)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təlim Koordinatoru” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əczaçı
Son tarix 12 avq 2023 [email protected]
Tələblər:
- Təhsil: Tibb təhsili (Ali və ya orta ixtisas);
- Təcrübə: Müvafiq sahədə iş təcrübəsi üstünlükdür;
- Kompüter bilikləri: MS Office proqramlarını (Word, Excel) orta səviyyədə bilməli;
- İşində dəqiq və məsuliyyətli olmalıdır.
Vəzifə öhdəlikləri:
- Müştərilərə məhsul seçimində köməklik göstərmək;
- Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək;
- Aptekə daxil olan malları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək;
- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək;
- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək;
- Sifarişi dəqiq və vaxtında yerinə yetirmək.
İş şəraiti:
- İş qrafiki: Növbəli
- Əmək haqqı: 400-600 AZN + Bonus sistemi mövcuddur.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Əczaçı” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Əlavə suallar üçün 055-455-58-71 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.