AzerGold CJSC
İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi üzrə Xəzinədar
Son tarix 23 fev 2023 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Müştərilərin aldıqları məhsulların ödənişini nağd və nağdsız olmaqla qəbul etmək, kassa aparatı və satış sistemində satışı rəsmiləşdirmək;
- Geri alış üçün maliyyə şöbəsindən təhvil verilən nağd pul vəsaitlərini qəbul etmək, geri alışlar həyata keçirildikdən sonra xərclənən vəsaitlərin avans hesabatlarını hazırlayıb aidiyyəti üzrə təqdim etmək;
- Geri alış həyata keçirildiyi zaman məhsulun alışını alış aktı və kassa məxaric orderi ilə rəsmiləşdirmək;
- Günün sonu kassa aparatı və satış sistemində hesabatları dərc etmək, mağaza müdirinin iştirakı ilə günün satışlarını yoxlayıb təsdiq etmək;
- Gün ərzində satışlardan əldə edilmiş nağd vəsaitləri ADM terminalı vasitəsi ilə Cəmiyyətin bank hesabına mədaxil etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.
- Riyazi hesablama və analitik düşünmə qabiliyyəti;
- Əla ünsiyyət bacarıqları;
- Kassa aparatları ilə işləmə bacarığı;
- Dil və komputer bilikləri: Azərbaycan və Rus dilləri (səlis), İngilis dili arzuolunandır. Microsoft Office proqramları üzrə biliklər.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil.
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi üzrə layihə mühəndisi
Son tarix 23 fev 2023 Müraciət et
Əsas vəzifə və öhdəliklər:
- Kəşfiyyat, tədqiqat və iri kapital tikinti layihələrin planlaşdırılması və icrası üçün səlahiyyətləri çərçivəsində zəruri işlərinin aparılması;
- Layihələrin səmərəliliyinin təmin olunması üçün səlahiyyətləri çərçivəsində optimizasiya tədbirlərini araşdırılıb hazırlanması, təklif edilməsi və zərurət yarandıqda tətbiqinin həyata keçirilməsi;
- Layihələr üzrə Fəaliyyət Planının (layihələrin icra statusu hesabatı) hazırlanmasını rəhbərlik etmək və nəzərdə tutulmuş müvafiq işlərin vaxtında görülməsinə nəzarət olunmasını şöbənin səlahiyyətləri çərçivəsində təmin etmək;
- Layihələrlə bağlı texniki hesabatların təhlilini (müəyyən olunmuş təhlil dərinliyi çərçivəsində) hazırlamaq;
- Yeni investisiya layihələri üzrə təhlillər (pre-feasibility, feasibility) aparmaq;
- Şöbənin fəaliyyətinin təşkilində iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq şöbə rəhbərliyinə təqdim etmək;
- Layihələrin gedişatı haqqında rəhbərliyə dövrü hesabatların hazırlanmasında iştirak etmək;
- Mədən sənayesi sektorunun təhlil edilməsi, bazar riski və imkanlarının qiymətləndirilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi;
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (səlis), Microsoft Office və digər proqramlar
- Fərqli maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi bilik.
Tələb olunan təhsil və iş təcrübəsi:
- İqtisadiyyat, maliyyə, mühəndislik ixtisasları üzrə ali təhsil;
- PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması arzuolunandır.
- Minimum 7-10 il müvafiq sahədə iş təcrübəsi.
İş qrafiki:
- İş saatları: 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günüdür.