Azercosmos
Müştərilərlə iş və rəqəmsal marketinq üzrə menecer
Son tarix 26 yan 2024 - [email protected]
Əsas funksiyalar:
- Azərkosmos və onun biznes xətləri üçün CRM sistemlərinin, o cümlədən dizayn və proqramlaşdırma işlərinin koordinasiyasını icra etmək
- CRM sisteminin rahat istifadəsi üçün təşkilat daxilində istifadəçilər üçün təlimlər keçilmək. İstifadəçinin sınaq və təkmilləşdirmə prosesini dəstəkləmək və biznesin məqsədlərinin tam təmin olunmasına əmin olmaq.
- CRM-ə məlumatların daxil edilməsi və onların idarə olunması məqsədilə sistemdə iş axını (workflow) bölməsini və standartlarını qurmaq.
- CRM sistemində məlumatın keyfiyyətini davamlı yoxlamaq və auditini təmin etmək.
- Gündəlik əsas tapşırıqları avtomatik olaraq yaratmaqla CRM-in istifadəsini yaxşılaşdırmaq və yeni həllər müəyyən etmək, eləcə də sistemi digər departamentlərin işi ilə əlaqələndirmək.
- Biznes ehtiyaclarına uyğun olaraq CRM sisteminin əsasında hesabatları hazırlamaq.
- Məhsuldarlığı artırmaq və iş proseslərini yaxşılaşdırmaq üçün şirkətin mövcud texnologiyadan tam istifadəsini təmin etmək.
- Biznesə potensial müştərilərin gətirilməsi üçün xüsusi hazırlanmış reklam kampaniyalarını yaratmaq, izlənilməsini və effektivliyini ölçmək.
- Həyata keçirilən rəqəmsal media kampaniyaların marketinq səmərəliliyini (ROI) monitorinq etmək.
- Azərkosmos, onun brend və məhsulları üçün rəqəmsal həllər (veb sayt, applikasiya) yaratmaq, təkmilləşdirilmək və idarə etmək.
- Kosmik Agentlik fəaliyyətinin (layihələr, proqramlar, yerli və beynəlxalq tədbirlər) yerli və qlobal auditoriyaya təşviq etmək (sosial şəbəkələr, ödənişsiz və ödənişli platformalar vasitəsilə).
- Şirkətin bazardakı rəqiblərinin rəqəmsal strategiyalarını izləmək, insayt və nəticələr çıxarmaq, bunun əsasında aylıq hesabatlar hazırlamaq.
- Azərkosmosun korporativ kodeksinə əməl edilməsi.
- Departamentin və qrupun fəaliyyəti ilə bağlı digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil.
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq
- Salesforce platformasında iş təcrübəsi üstünlükdür
- Dil bilikləri: Azərbaycan dili yazılı və şifahi (yüksək səviyyədə)
- İngilis dili yazılı və şifahi (yüksək səviyyədə)
Bilik və bacarıqlar:
- Yüksək dərəcədə analitik düşüncə
- Tənqidi təfəkkür
- Mürəkkəb anlayışların/məsələlərin anlaşıqlı formada izahatına dair bacarıqlar
- Müştəri yönümlü düşüncə tərzi
- Yüksək səviyyəli şifahi və yazılı ünsiyyət
- Təqdimat etmək bacarığı
- Təşəbbüskarlıq, yenilikçilik, yaradıcı düşüncə
- Komanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı
- Eyni zamanda müxtəlif işlər üzərində işləyərkən prioritetlərin düzgün müəyyən olunması
- Məxfi məlumatlarla işləmək
İş qrafikı:
- İş qrafiki : Tam iş günü (5 gün)
- Hibrid iş rejimi tətbiq edilə bilər
Kompüter bilikləri:
- MS Office əla səviyyədə (Excel proqramı xüsusilə)
- UX/UI anlayışlarına dair biliklər
Bu meyarlara uyğun namizədlər CV-lərini 25.01.2024-cü il tarixinədək e-mail ünvanına “CRM manager” başlığı ilə göndərə bilərlər.