Azercell
Mütəxəssis (Ştatdankənar) / Təchizat Departamenti / Texnologiya Əməliyyatları Kateqoriyasının İdarə Edilməsi
Son tarix 03 sen 2024 - Müraciət et
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell şirkətinə qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi;
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş;
- Davamlı karyera inkişafı imkanları;
- Təlim və fərdi inkişaf proqramları;
- Rəqabətli əmək haqqı;
- Bonus ödənişi;
- Korporativ telefon və nömrə ilə təmin olunma;
- Limitsiz Azeronline Internet Paketi;
- Əlavə güzəşt və endirimlər.
İş Cədvəli: Bazar Ertəsi- Cümə, 09:00 - 18:00. Şənbə və Bazar, milli bayram və hüzn günləri qeyri-iş günləridir.Əsas öhdəliklər:
- Tenderlerin (RFx), onların dəyərləndirmələrini və hesabatlarını hazırlamaq
- Razılaşdırılmış tədarükçü seçimi və dəyərləndirmə meyarlarını dəstəkləmək
- Büdcə və tələb planlarını dəstəkləmək və şirkət səviyyəsində biznes bölmələri arasında uyğunlaşmanı dəstəkləmək;
- Kommersiya danışıqları strategiyalarını dəstəkləmək;
- Müqavilə danışıqlarına dəstək;
- Müəyyənləşdirilmiş kateqoriya üçün tədarükçü şirkətlərlə ünsiyyət qurmaq
- Təhlil etmək, təsdiqləmək və Satınalma fəaliyyəti üzrə hədəflərə qarşı nail olunan nəticələr haqqında (məs. qənaətlər) hesabat təqdim etmək.
Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:
- Təhsil: Ali Təhsil
- Xərc və Tələb Analizi təcrübəsi (Büdcələşdirmə) - minimum 2 il;
- Təchizat zəncirinin idarə edilməsində təcrübə - minimum 5 il;
- Çox saylı tapşırıqların idarə edilməsi, vaxtın idarə edilməsi üzrə mükəmməl bacarıqlar;
- Təchizatçılarla yüksək səviyyəli əlaqələr və şəbəkələr qurmaq və saxlamaq bacarığına üstünlük verilir;
- Azərbaycan və rus dillərində səlis, ingilis dili - orta səviyyədən yuxarı (üstünlük verilir).
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi;
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair müsahibə.
Ərizəçilər üçün son tarix:
2 Sentyabr 2024 06:00 PM
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
2nd September 2024 06:00 PM
Test Üzrə Mühəndis (SDET)/İnformasiya Texnologiyaları (Ştatdankənar)
Son tarix 31 avq 2024 Müraciət et
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsinə qatılmağa dəvət edirik:
Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki,şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
- Hibrid iş rejimi
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
- Davamlı karyera inkişafı imkanları
- Rəqabətli əmək haqqı
- Korporativ nömrə ilə təmin olunma
- Limitsiz Azeronline Internet Paketi
İş qrafiki:
- Hibrid iş rejimi ilə: Bazar ertəsi - Cümə, 09:00 - 18:00.
- Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Əsas vəzifə öhdəlikləri:
- Testlərin yazılması, nəzərdən keçirilməsi və müxtəlif test növlərinin həyata keçirilməsi (məsələn, Uyğunluq, Funksional, Qeyri-Funksional və s.);
- Avtomatlaşdırılmış testlərin layihələndirilməsi və icrası;
- Müvafiq test üsulu ilə proqram təminatı relizlərinin tələblərə uyğun olaraq test edilməsi;
- Bir neçə konfiqurasiyalarda yeni və mövcud məhsullar üçün reqressiya testi;
- Keyfiyyət boşluqlarının müəyyən edilməsi, test skriptlərinin yaradılması, fərdi testlərinin həyata keçirilməsi, test məlumatlarının toplanılması və proqram səhvləri olduğu zaman əlavə məlumatlarının əldə edilməsi.
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
Təhsil:
- Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, İnformasiya Texnologiyaları və ya əlaqəli sahədə bakalavr dərəcəsi
Təcrübə:
- Java və ya Python üzrə ən azı 1(bir) il praktiki təcrübə
- Tətbiqi proqramların test edilməsi üzrə 1 (bir) illik praktiki təcrübə
Dil bilikləri:
- Azərbaycan dili – səlis yazılı və şifahi ünsiyyət bacarığı;
- Rus və ingilis dili orta səviyyədən yuxarı yazılı və şifahi ünsiyyət bacarığı.
Arzu olunan Bacarıqlar:
- Avtomatlaşdırılma üçün nəzərdə tutulan test alətlərində təcrübə (Selenium Webdriver, Postman, SOAPUI-ReadyAPI);
- Funksionallıq, etibarlılıq və performans baxımından API testində çox yaxşı bilik və təcrübə;
- Test üsulları, test alətləri və test texnologiyaları sahəsində əhəmiyyətli təcrübə;
- Reqressiya, Sistem, Stress testləri kimi həm funksional, həm də qeyri-funksional testlərlə təcrübə;
- Unix/Linux ilə işləmək bacarığı;
- SQL üzrə güclü texniki təcrübə.
Üstünlük kimi nəzərə alınacaq:
- ISTQB/CTFL sertifikatı;
- Mobil proqramların sınaqdan keçirilməsi üzrə biliklər (İOS və/və ya Android)
- Daima inkişaf etmək təşəbbüsünün olması;
- Tənqidi mühakimə qabilyyəti;
- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı.
Üstünlük verilən Yetkinliklər:
- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
- Açıq fikirli və pozitiv münasibət;
- Qərarvermə qabiliyyəti.
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi
- İxtisas Testləri
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.
30th August 2024 12:01 AM