"Azercell" işçi axtarır - VAKANSİYA
"Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
"Başak Group" işçilər axtarır - MAAŞ 900-1200-1300-1700 MANAT - VAKANSİYALAR
"Super Toys" işçilər axtarır - MAAŞ 400-1000-1200-2000-2500 MANAT - VAKANSİYALAR
"YapiKredi Bank" işçi axtarır - VAKANSİYA
Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
Dövlət qurumu işçilər axtarır - MAAŞ 2000-3500 MANAT - VAKANSİYALAR
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"Air Transfer" işçi axtarır - MAAŞ 650 MANAT - VAKANSİYA
"AzerGold" CJSC işçi axtarır - VAKANSİYA
Azercell
Kiber Hücum Təhlükəsizliyi üzrə Aparıcı Mütəxəssis
Son tarix 09 sen 2023 - Müraciət et
Azercell ölkənin lider və innovativ həllər, fərqli və fərdi yanaşma, yüksək keyfiyyətli xidmətlər təqdim edən mobil operator şirkətidir.
Azercell Ailəsinə qatılmağa dəvət edirik:
Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki, şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
- Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
- Davamlı karyera inkişafı imkanları
- Təlim və fərdi inkişaf proqramları
- Rəqabətli əmək haqqı
- Bonus ödənişi
- Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
- Korporativ telefon və nömrə ilə təmin olunma
- Limitsiz Azeronline Internet Paketi
- Əlavə güzəşt və endirimlər
İş qrafiki:
- Standart 5 günlük iş həftəsi (09:00-18:00)
İş yeri:
- “Azercell Telekom“ MMC Baş ofis - Azercell Plaza
- Tbilisi prospekti, 149
- Bakı, Azərbaycan
Əsas Öhdəliklər:
- Şirkətin kompüterlərinin və serverlərinin davamlı təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi;
- Şirkətin veb tətbiqlərinin və servislərinin davamlı təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi;
- Aşkar edilən boşluqlar haqqında bilgiləndirici reportların hazırlanması;
- Periodik olaraq simulyasiya testlərinin yerinə yetirilməsi;
- Şəbəkə və bulud cihazlarının periodik olaraq təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi;
- Yeni layihələrdə və təqdim olunan servislərdə boşluqların aşkar edilməsi;
- Simsiz və simli şəbəkələri şəbəkə hücumlarına qarşı sınamaq;
- Təhlükəsizlik Əməliyyatları Mərkəzi ilə yaradılan təhlükəsizlik sistemlərini dayanılığa sınamaq;
- Şirkətin mobil tətbiqlərinin periodik olaraq təhlükəsizlik boşluqlarına qarşı sınaqların keçirilməsi.
Tələb olunan təcrübə, bilik və bacarıqlar:
Təhsil:
- Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri)
- Magistr dərəcəsinə üstünlük veriləcək
Dil bilikləri:
- Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı
- Rus dili – üstünlük verilir
İş Təcrübəsi:
- Kibertəhlükəsizlik və ya informasiya təhlükəsizliyi sahəsi üzrə minimum 1 illik iş təcrübəsi
- Kibertəhlükəsizlik hücumlarının vektorları, zəiflikləri və istismarları haqqında anlayış
- Şəbəkə hücum axınlarını müəyyən etmək, azaltmaq və izah etmək bacarığı
Arzu olunan Bacarıqlar:
- Yüksək ünsiyyət və komandada işləmək bacarıqları
- Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması
- Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı
- Nəzarət etmək qabiliyyəti
- Qərarvermə qabiliyyəti
- İşləri yüksək səviyyədə icra etmək bacarığı
- Yekun nəticəyə yönəlmə bacarığı
- Yüksək qavrama və analitik təhlil bacarıqları
Üstünlük kimi nəzərə alınacaq:
- DevSecOps bilikləri və DevSecOps infrastrukturunda təcrübə
- Peşəkar Sertifikatlara üstünlük verilir (OSCP, OSWP, OSEP, OSED, Comptia Security+, CEH və s.)
- Bash, Python, Javascript, C++, Powershell və s. kimi dillərdən istifadə edərək avtomatlaşdırılmış test üsulları üçün skriptləri nəzərdən keçirmək, dəyişdirmək və yaratmaq bacarığı
Seçim mərhələləri:
- CV-nin nəzərdən keçirilməsi
- İxtisas Testləri
- Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə
Son müraciət tarixi: 8 Sentyabr 2023.
Ərizəniz:
- Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
- Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
- Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
- Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq.