"Azercell" işçi axtarır - VAKANSİYA
"Veysəloğlu" Şirkətlər Qrupu işçilər axtarır - VAKANSİYALAR
"Başak Group" işçilər axtarır - MAAŞ 900-1200-1300-1700 MANAT - VAKANSİYALAR
"Super Toys" işçilər axtarır - MAAŞ 400-1000-1200-2000-2500 MANAT - VAKANSİYALAR
"YapiKredi Bank" işçi axtarır - VAKANSİYA
Aqrar İnnovasiya və Təchizat Şirkəti işçi axtarır - MAAŞ 1200-1500 MANAT - VAKANSİYA
Dövlət qurumu işçilər axtarır - MAAŞ 2000-3500 MANAT - VAKANSİYALAR
"Xalq Bank" işçilər axtarır - VAKANSİYALAR
"Air Transfer" işçi axtarır - MAAŞ 650 MANAT - VAKANSİYA
"AzerGold" CJSC işçi axtarır - VAKANSİYA
Veysəloğlu Şirkətlər Qrupu
Təchizat direktorunun köməkçisi
Son tarix 24 sen 2023 [email protected]
Öhdəliklər:
- Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
- Şirkət direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
- Şirkət direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
- İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;
- Şirkətin direktorunun gündəliyinin hazırlanması.
Tələblər:
- Yüksək səviyyədə təqdimat bacarığı;
- MS Office (Word, Excel, Outlook) proqramlarından istifadə etmək bacarığı (xüsusilə Excel biliyi yüksək olanlara üstünlük verilir);
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Azərbaycan dili səlis rus və ingilis dilləri yüksək səviyyədə;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti.
Maraqlananlar vakansiya ilə bağlı CV-lərini Təchizat direktorunun köməkçisi vakansiyası” başlığı altında göndərə bilərlər.
Veysəloğlu MMC
Marketinq meneceri (Süd və süd məhsulları)
Son tarix 25 sen 2023 [email protected]
Funksiya: Qastronom və dondurulmuş məhsullar üzrə biznes inkişafı departamenti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
İşin təsviri: Məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.
Vəzifə funksiyaları:
- Məhsul idarəsində olan məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
- Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
- Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək;
- Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
- İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
- Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq.
Vəzifə tələbləri:
- Ali təhsil;
- Minimum 3 il marketinq, kateqoriya idarə etmə və ya biznes inkişaf sahəsində iş təcrübəsi (FMCG sahəsində iş təcrübəsi üstünlükdür);
- Marketinq və bazar araşdırma prinsiplərini dərindən bilməli;
- Azərbaycan və rus dillərini səlis bilmək (İngilis dili biliyi üstünlükdür);
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
- Nahar ilə təmin edilmə.
Müraciət qaydaları: Müraciət etmək istəyən namizədlər CV-ni mövzu bölməsində “Marketinq meneceri” qeyd etməklə elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.