Azərbaycan Dəmir Yolları
Qarşılıqlı əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 17 avq 2024 - Müraciət et
Təsvir:
- Qarşılıqlı əməkdaşlıq sahəsində şöbəyə daxil olan məlumatları toplamaq və ümumiləşdirmək;
- Xarici ölkələrin analoji qurumları ilə rəsmi və işgüzar yazışmaların, danışıqların aparılmasında iştirak etmək;
- İş bölgüsünə əsasən icrasına verilmiş sahələr üzrə ikitərəfli və çoxtərəfli komissiyaların və işçi qruplarının sənədlərinin hazırlanmasında iştirak etmək;
- Digər ölkələrin dəmir yolu fəaliyyəti ilə bağlı qarşılıqlı əlaqələri yaratmaq, beynəlxalq təcrübəni araşdırmaq və lazımi arayış, tezis və məlumatları hazırlamaq;
- Beynəlxalq və regional çərçivədə təşkil olunan tədbirlərdə iştirak etmək, əldə olunmuş təcrübənin tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
- Digər ölkələrin dəmir yolu administrasiyaları ilə münasibətlərin qurulması və genişləndirilməsi istiqamətində tədbirlər görülməsində iştirak etmək;
- ADY-nin aparatının və aidiyyəti struktur qurumları ilə birgə digər ölkələrdəki tərəfdaşlardan daxil olmuş təkliflərini araşdırmaq və rəhbərliyi məlumatlandırmaq;
- Beynəlxalq sənədlərin (memorandum, saziş, protokol və s.) layihələrinin hazırlanmasında iştirak etmək;
- Fəaliyyət sahəsinə uyğun arayış, tezis və digər analitik məlumatları hazırlamaq və mütəmadi yeniləmək;
- İş bölgüsünə əsasən icrasında olan sahələr üzrə müvafiq işçi qruplarının işində iştirak etmək;
- Dəmir yolu nəqliyyatı sahəsində ikitərəfli və çoxtərfli çərçivədə beynəlxalq sənədlərə (saziş, konvensiya və s.) qoşulmağa dair təkliflərin verilməsində iştirak etmək;
- İkitərəfli və çoxtərəfli çərçivədə yol xəritələrinin, fəaliyyət və tədbirlər planlarının hazırlanmasına dair təkliflərin verilməsində iştirak etmək.
Tələblər:
- Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə) ;
- İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il,
- Azərbaycan Respublikasinin Konstitusiyası;
- Konstruksiyalara qoyulan texniki tələbləri, layihələşdirmənin avtomatik vasitələri üzrə biliklər;
- Nəqliyyat haqqında Azərbaycan Respublikasının Qanunu;
- “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu;
- “Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu;
- Yazılı ünsiyyət;
- Təşkilatçılıq;
- Məlumatların idarə edilməsi.