Azerbaijan Poultry Company
SƏTƏM üzrə mütəxəssis
Son tarix 26 sen 2025 - [email protected]
Vakansiya haqqında məlumat:
- Yeni işə qəbul olunmuş işçilərə Əməyin mühafizəsi üzrə giriş təlimatı keçmək;
- İlkin və dövrü (rübdə bir) yanğın təhlükəsizliyi təlimatlarını keçmək;
- İşçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etmək;
- Qəzaların və qəza vəziyyətlərinin aradan qaldırılması planlarının işlənməsi və həyata keçirilməsinə nəzarət etmək;
- Əməyin mühafizəsi üzrə kurslar və təlimlər təşkil etmək;
- Sahələrdə çalışan rəhbərlər və mühəndis-texniki işçilərə əməyin mühafizəsi sahəsində müxtəlif təlimlər keçmək;
- Əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə nəzarət etmək;
- Səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına nəzarət etmək;
- Fəhlələrin və mühəndis texniki işçilərin əməyin mühafizəsi sahəsində təkrar bilik yoxlamasından keçirilməsinin təşkil etmək;
- Üçüncü tərəf təşkilatlar ilə (FHN, Dövlət Əmək Müfəttişliyi, Həmkarlar İttifaqı və s.) qarşılıqlı əlaqələr qurmaq;
- İstesalatda baş vermiş bədbəxt hadisələrin və insidentlərin tədqiqatında iştirak etmək və bədbəxt hadisələrin uçotunu aparmaq;
- İşə qəbul zamanı xüsusi peşə sahiblərinin vəsiqələrinin olmasına və onların dövrü bilik yoxlamasından keçirilməsinə nəzarət etmək;
Tələblər:
- Ali təhsil;
- Müvafiq iş üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
- Azərbaycan dilində səlis danışıq və yazı
- Müvafiq sertifikata malik
- Fəaliyyətinə aid olan normativ və metodiki materialları;
- Çeviklik və uyğunlaşma bacarığı;
- Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
İş şəraitinin şərtləri
- Ə/h- 988 AZN (gross)
CV-nizi başlıqda "SƏTƏM üzrə mütəxəssis" qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.