Azerbaijan Airlines
Xərclərə Nəzarət şöbəsinin Aparıcı İqtisadçısı/İqtisadçısı
Son tarix 15 mar 2024 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Maliyyə və qeyri-maliyyə xərc-səmərə təhlilləri aparmaq;
- Xərclərə nəzarət etmək və xərclərin səmərəliliyini artırmaq üçün strategiyalar hazırlayıb həyata keçirmək;
- Xərc amillərinin, məsrəf strukturlarının və məsrəf davranış modellərinin təhlilinə cəlb olunmaqla qənaət edilə bilən sahələri və ya xərclərin gözləniləndən çox olduğu sahələri müəyyən etmək üçün xərclərin ətraflı təhlilinin aparılması;
- Müxtəlif növ xərclərə nəzarət prosedurlarını yerinə yetirmək;
- Yeni layihələr, təşəbbüslər və ya investisiyalar üçün xərclərin hesablanmasında iştirak etmək. Qərar vermə və layihə planlaşdırma proseslərini dəstəkləmək üçün dəqiq xərclər smetasını hazırlamaq;
- Xərclərə nəzarət proseslərində qeyri-səmərəliliyi müəyyən edib və effektivliyi artırmaq üçün təkmilləşdirmələri həyata keçirmək;
- Daxili proseslərin siyasət və prosedurlarını nəzərdən keçirmək.
Tələblər:
- Təhsil: Ali təhsil (İstənilən sahədə);
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yüksək səviyyə;
- Proqram bilikləri: Excel; Word; PowerPoint; Outlook;
- Ünsiyyət qurma bacarığı (şifahi və yazılı);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Təqdimat bacarığı;
- Komandada işləmək bacarığı;
- Strateji düşünmə qabiliyyəti;
İş rejimi: 5 günlük/ 09:00-18:00
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı