AZ International Import Company
Hüquqşünas
Son tarix 06 may 2023 - [email protected]
Tələblər:
- Ali hüquqi təhsil;
- Sahə üzrə 3 ildən artıq iş təcrübəsi;
- Yüksək səviyyədə rus dili biliyi;
- Məsuliyyət, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Mükəmməl AR mülki qanunvericilik, mülki və inzibati prosessual qanunvericilik bilikləri;
- Yüksək yazı və nitq qabiliyyəti.
Öhdəliklər:
- Müəssisənin işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
- Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
- Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsini təmin etmək;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
- Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
- Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək.
Əmək şərtləri:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-18:00
- AR Əmək Məcəlləsinə uyğun olaraq qeydiyyat;
- Əmək haqqı: 2100 AZN nett (əmək haqqı artandır)