AZ International Import Company
Mühasib
Son tarix 29 avq 2024 - [email protected]
Tələblər:
- Ali təhsil (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək) ;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- 1C 8.3 (kompleks avtomatlaşdırma) proqramında sərbəst işləmə bacarığı;
- AR Vergi Məcəlləsini bilməli;
- Dil bilikləri: Rus dili arzu olunandır
Vəzifə öhdəlikləri:
- Alış və satış qaimələrinin 1C ilə düzgünlüyünün yoxlanması;
- Mal material uçotunun aparılması
- Əvvəlki və cari dövrlərdə vergi uçotunda yaranan problemlərin həll edilməsi (təsdiqedici alt sənədlərin bərpası və təmin edilməsi);
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Verginin tələbi üzrə hesabatların hazırlanması;
- Mühasibat və vergi uçotu qaydalarını rəhbər tutaraq uçotun aparılmasının təşkil edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin 1C proqramında) düzgün əks etdirilməsinin təmin edilməsi;
- Vergi hesabatlarının hazırlanması, vergi orqanına və rəhbərliyə təqdim edilməsi;
- Xidmət göstərən şəxslərdən vergilərin və digər məcburi ödənişlərin hesablanması;
- Vergi qanunvericiliyini və yenilikləri izləyərək uçotun optimallaşdırılması istiqamətində müvafiq təkliflər vermək.
Əlavə məlumat:
- İş qrafiki: 5/2, 9.00-dan 18.00-dək;
- Əmək haqqı: 1080 manat (əmək haqqı artandır)
- AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.