Avrora
Proqram təminatı üzrə mütəxəssis
Son tarix 18 fev 2023 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;
- Proqram təminatlarının işləməsinə nəzarət edilməsi (bağlantının fasiləsizliyinin);
- Tələbə əsasən proqram təminatı və proqram modullarının tərtibatının həyata keçirilməsi;
- Biznes tələblərinin təhlili və tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması ilə bağlı təkliflərin irəli sürülməsi;
- Proqramlaşdırma yazı qaydaları və stili təlimatında ehtiyac olan dəyişikliklərin təklifinin verilməsi və Rəhbərinin təsdiqi ilə dəyişikliyin həyata keçirilməsi;
- Hesabatların hazırlanması və təhlil edilməsi;
- Proqramların kodlaşması, analiz edilməsi və qeydiyyatının aparılması;
- Mövcud proqramlara dəstəyin verilməsi, ehtiyac yaranarsa düzəlişlərin aparılması;
- Gün ərzində yönələn sorğuların yerinə yetirilməsi;
Tələb olunan bilik və bacarıqlar:
- C#, Java və OOP bilikləri
- Javascript, ReactJS
- Database MS SQL (T-SQL)
- Alqoritm bilikləri
- Araşdırmaq və problem həll etmə bacarğı
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Riyaziyyat və ya İnformatika ixtisası üzrə ali təhsil (hər hansı biri)
- Hər hansı bir proqramlaşdırma dilləri üzrə sertificatların olması arzu olunandır;
- İş təcrübəsi : 2 il (Satış və Distribyutor sahəsində);
- Dil bilikləri : Rus və İngilis dili biliyi üstünlükdür;
- Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.
İş şərtlərimiz:
- İş qrafiki : Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri : Bakı ş., Aşıq Molla Cümə küç, 46C
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Proqram Təminatı üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.