Avromak MMC
Region üzrə daxili audit mütəxəssisi
Son tarix 18 okt 2023 - [email protected]
İşçiyə qoyulan tələblər:
- Təhsil: Ali;
- Satış sahəsi üzrə 2-3 il iş təcrübəsi;
- Operativ, məsuliyyətli və işə planlı yanaşmaq;
- Kompüter və ofis proqramlarından (əsasən Excel) yüksək istifadə etmə bacarığı;
- Logo Tiger proqramı üstülükdür;
- Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə bacarığı;
- Komandada işləmək bacarığı;
- Şəxsi avtomobil;
Vəzifə öhdəlikləri:
- Fəaliyyət göstərilən ərazidə ticarət nümayəndəsi ilə debitorların yoxlanışının həyata keçirilməsi. Uçot məlumatlarına əsasən qarşılıqlı üzləşmə sənədlərində mövcud olan maddələr üzrə sənədləşmənin dəyərləndirilməsi.
- Fəaliyyət göstərilən ərazidə inventarların mövcudluğunu və təyinatına uyğun istifadəsini yoxlamaq və raportlamaq.
- İşdən çıxan satış nümayəndəsi üzrə təhvil alınan ərazinin borc qalıqlarını və inventarlar üzrə yoxlamasını aparıb, yeni satış nümayəndəsinə təhvil vermək. Kənarlaşmaların müəyyən edilməsi,maddi məsul şəxslərdən izahatların alınması,uyğunsuzluqların aradan qaldırılması istiqamətində təkliflərin təqdim edilməsi.
- Risk dəyərləndirmələri əsnasında seçilmiş ticarət nümayəndəsində yoxlamaların həyata keçirilməsi. Kənarlaşmaların araşdırılıb aradan qaldırılması,aparılan yoxlamanın nəticələrinin rəhbərliyə təqdim edilməsi.
- Key Account tipli marketlərdə şirkətin bütün satış kanalları üzrə üzləşmələrin aparılamsı, ödənişlərin düzgün bölgüsünə nəzarət,aşkarlanan kənarlaşmaları araşdırıb aradan qaldırmaq. Uyğunsuzluqların təkrarlanmaması istiqamətində səlahiyyətli şəxslərdən izahatların alınması,rəylərin hazırlanması və təkliflərin verilməsi.
- Ofisdə və ərazidə mütəmadi olaraq satış heyyətinin işə davamiyyətini və nizam intizama uyğunluğunun yoxlanılması.
- İsti satış sistemi ilə çalışan satis heyyəti emekdaslarinin anbar qalıqlarının və şirkətin dislokasiyasında olan anbarların sayımlarında iştirak etmək.
- Hərəkətsiz debitorların təyin edilməsi və ödənilməsi üçün addımların atılması,gündəlik satışların izlənməsi və risklərin təyin olunub əvvəlcədən qabaqlayıcı tədbirlərin alınması,fakturaların yoxlanıb arxivə təhvil verilməsi,geriqaytarmaların analizi.
- Aylıq olaraq müqaviləli ticarət nöqtələrində müqavilə şərtlərinin yerinə yetirilməsinin dəyərləndirilməsi. Müqavilə şərtlərinin yerinə yetirilmə nəticələrinin kommersiya blokuna təqdim edilməsi.
- Marketinq tapşırıqlarının ticarət nümayəndəsində yerinə yetirilmə nəticələrinin, kampaniya və endirim şərtlərinin icra mexanizminin dəyərləndirilməsi. Ticarət nümayəndəsinin şirkətlə razılaşdırma əsasında həyata keçirdikləri sair marketinq tədbirlərinin yoxlanışı.
- Fəaliyyətini dayandırmış ticarət nümayəndəsi kompensasiya ediləcək məbləğlərin təminində iştirak
- Xüsusi tip HORECA obyektlərinə güzəşt şərtlərinin paylanılmasında iştirak.
- Ticarət nümayəndəsində rəqib şirkətlərin dəyərləndirilməsi
- Rəhbərliyin göstərişləri əsnasında plandan kənar audit yoxlamalarında iştirak.
- Rəhbərliyin şifahi və yazılı göstərişləri əsnasında səlahiyyətlərinə aid olan digər iş funksiyalarının icrası
- Satış heyyətinin debitorlarında yaranmış uyğunsuzluqlarla əlaqədar şəxsi hesaba yansıdılmış məbləğlərə nəzarət.
İş şərtləri:
- Əmək haqqı-1000 AZN;
- İş vaxtı: 5 günlük iş həftəsi;
- İstirahət günləri: Şənbə-bazar, bayram günləri.
- Nahar şirkət tərəfindən qarşılanır.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi mail ünvanına “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Region üzrə daxili audit mütəxəssisi” qeyd etməklə göndərməyiniz xahiş edilir.