Avrasya Baku Inshaat
SƏTƏM üzrə mütəxəssis
Son tarix 28 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
- Ərazidəki işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
- İş yerində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
- SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
- İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
- İş şəraitində risklərin qiymətləndirilməsi və ona uyğun tədbirlərin görülməsi;
- Sahədə mütamadi yoxlamalar və müvafiq prosedurlar keçirmək;
- Əməyin təhlükəsizliyi istiqamətində şirkətdaxili tədrislər keçirmək;
- Keçirilmiş daxili yoxlamaları qeydə almaq və üzə çıxmış qayda pozuntuları ilə bağlı tədbirlər keçirmək;
- İşdə hadisələri qeydə almaq və göstəriciləri rəhbərliyə təqdim etmək;
- Avadanlıq və texnikanın təhlükəsiz işləməsinə və quraşdırılmasına nəzarət;
- Ərazidə Sağlamlıq və Əməyin Təhlükəsizliyi Sisteminin qurulması və işlək vəziyyətdə saxlanılması;
- SƏTƏM üzrə düzəldici və ya qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi və həyata keçirilməsinə nəzarət;
- Xəsarətlər və hadisələr zamanı onların baş vermə səbəblərinin araşdırılması, onların qeydiyyatı və aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsi;
Tələblər:
- Təhsil: Ali təhsil
- Təcrübə: SƏTƏM üzrə 2-3 il iş təcrübəsi (Tikinti sahəsində təcrübə üstünlükdür)
İş şərtləri:
- İş qrafiki: Tam iş günü (6 gün);
- İş yeri (Baki şəhəri)
- Maaş 1200 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tikinti üzrə Mühəndis (Bakı)
Son tarix 28 avq 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti sahəsində işlərə nəzarət etmək
- Tikinti işlərini layihəyə uyğun olaraq dəqiq aparılması
- Problemlərə dərhal müdaxilə edərək aradan qaldırılması
- Tabeciliyində olan işçi heyətinə rəhbərlik etmək
- Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparmaq
- Forma 2, Forma 3 ,Forma 29 hazırlanması
- İş həcmlərinin çıxarılması
- Texniki hesabatların hazırlanması,gizli aktların yazılması
- İşin gedişatı ilə bağlı hesabatları birbaşa rəhbərliyə təqdim etmək
Təhsil və iş təcrübəsi:
- Sənaye və mülki inşaat,inşaat mühəndisliyi sahələri üzrə ali təhsil
- minimum 5 il inşaat sahəsi üzrə iş təcrübəsi
Bacarıq və səriştələr:
- Ünsiyyət və təşkilati bacarıq
- Problemi qısa zamanda həll edə bilmə və analiz bacarığı
- Binalar,obyetlər və konstruksiyalar tikmək üçün tələb olunan materiallar,metodlar və müvafiq alətlər barədə biliklər
- Proqram bilikləri:Autocad,ofis proqramları,Excell
İş qrafiki:
- Bazar ertəsi-şənbə 09:00-18:00
- İş yerinin ünvanı: Bakı şəhəri
- Yaş həddi: 28-50
- Əmək haqqı: 2000-2500 AZN
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.