AtaSığorta ASC
Təcrübə proqramı
Son tarix 19 avq 2024 - [email protected]
“AtaSığorta” ASC namizədləri təcrübə proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və öhdəliklər:
- Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin zənglər vasitəsilə müştərilərə təqdim olunması;
- Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət, tarif dərəcəsi və sığorta şərtlərini əldə etmək üçün müraciətçi haqqında tələb olunan məlumatların Anderraytinq Şöbəsinə vaxtında təqdim edilməsi;
- Sığorta Şəhadətnaməsinin hazırlanması və çatdırılması üçün müvafiq məlumatın Anderraytinq Şöbəsinə göndərilməsinin təmin edilməsi;
- Fərdi və korporativ müştərilərinə xidmət, müştəri tələbatına uyğun olaraq icbari sığorta növləri üzrə şəhadətnamələrin buraxılması;
- Hər bir fərdi müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğlərini və müvafiq müştərilərlə əlaqəli digər məlumatları özündə əks etdirən ayrıca faylların yaradılması və onlara nəzarət edilməsi;
Biliklər:
- Ali və ya natamam ali təhsil;
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq, Rus və İngilis dili biliyi arzuolunandır;
- MS Office proqramlarında işləmək bacarığı;
Təcrübə:
- Sığorta və ya satış sahəsində minimum 1 il iş təcrübəsi və ya təcrübəsiz;
Bacarıqlar:
- Səlis nitq, fikri aydın izah etmə bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Problem həll etmək bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 18.08.2024-cü il tarixədək elektron ünvanına (mövzu hissəsində “Təcrübə” qeyd olunmalıdır) göndərə bilərlər.