ADY Container
Liman və terminal əməliyyatları üzrə aparıcı mütəxəssis
Son tarix 23 sen 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Terminala daxil olan yükün aidiyyəti üzrə sənədlərini toplamaq və yük xəzinadarlığında çeşidlənməsini təmin etmək;
- Terminala daxil olan konteynerlərin kommersiya və texniki cəhətdən sazlığının yoxlanılması prosesində iştrak etmək;
- Yükün daşınma sənədlərini yük xəzinəsindən götürərək surətini çıxarmaq və aidiyyəti bölməyə təqdim etmək;
- Aidiyyəti üzrə struktrur bölməyə yazılı olaraq məlumat verərək yükün daşınma və digər xərclərini kod və kodaltı üzrə yoxlanmasını həyata keçirmək;
- Daxil olan konteynerlərin (yüklərin) qeydlərini Terminalın məsul əməkdaşına təqdim etmək (terminal xərcləri, qapı-qapı, stansiya qiymətlərinin ödənilməsi, boş geri dönüşü);
- "Qapı-qapı (door to door)" sifarişləri qəbul etmək və tələb olunan sənədləri hazırlamaq;
- Müştəri istəyinə uyğun olaraq "qapı-qapı" fəaliyyətində yükün ünvana çatdırılmasına nəzarət etmək;
- Müştəri istəyinə uyğun gömrükləmə fəaliyyətini həyata keçirmək;
- Terminaldakı xəzinadarlıqla bağlı məsələlərin həllində yaxından iştirak etmək və sənədlərdə hər hansı uyğunsuzluq yaranarsa aradan qaldırmaq üçün aidiyyəti üzrə təklif vermək;
- Müştəri ilə yükün (konteynerin) təhvil-təslim sənədini (KEU 16) hazırlamaq və təsdiqlətmək;
- Müştəriyə boş konteyner təhvil verərkən, konteynerin balansında olan cərimə və daşımaya yararlılığını (sazlığını) yoxlamaq ("Texniki baxış aktı");
- Kommersiya departmanenti tərəfindən göndərilən müvafiq sənədlərin operativ şəkildə düzgünlüyünü yoxlamaq və aidiyyəti üzrə təqdim etmək;
- Əməliyyatın təşkili və təmini üçün tələb olunan formatda hesabatların hazırlayıb rəhbərliyə təqdim etmək;
- Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət etmək.
Namizədə olan tələblər:
- Ali təhsil: Müvafiq sahə üzrə
- İş stajı: 2 il
- Dil biliyi: Rus dili (əsas) və İngilis dili (üstünlükdür)
- Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə)
Peşəkar bacarıqlar:
- Beynəlxalq yük daşımaları haqqında biliklər (SMQS)
- Dəmiryolu ilə konteyner və vaqonların daşınma qaydaları haqqında biliklər
- Planlama və Risk metodologiyası haqqında biliklər
- Tranzit yüklərin gömrüklənməsi barədə ümumi anlayış
- Terminallarda sənədləşmə qaydaları haqqında biliklər
Funksional səriştələr:
- Təşkilatçılıq
- Peşəkar ehtiyatlılıq
- Təşəbbüskarlıq
- Əməkdaşlıq
- Analitik düşüncə
- Problem həlletmə
- Vaxtın effektiv idarə edilməsi
- Diqqətlilik
İş qrafiki:
- 6 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00 (şənbə günü 09:00-15:00)
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Abşeron Logistika Mərkəzi
Əlavə üstünlüklər: Könüllü tibbi sığorta, korporativ mühit, peşəkar təcrübə qazanma imkanı və karyera yüksəlişi.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Liman və terminal əməliyyatları üzrə aparıcı mütəxəssis” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.