ABB ASC
ATM və ÖT şəbəkəsinə dəstək şöbəsinin mütəxəssisi
Son tarix 06 fev 2026 - Müraciət et
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
- rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- yüksək komanda ruhunda əməkdaşlıq;
- karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- ATM və ÖT şəbəkəsinə texniki dəstək;
- Terminalların və qurğuların bərpa və profilaktikası;
Bizim üçün uyğun namizəd:
- Peşə təhsili olan (Ali təhsilin olması üstünlükdür);
- Orta səviyyədə İngilis və Rus dili bilikləri olan;
- Komandada işləmək bacarığı olan;
- Zərurət yarandıqda rayonlara ezama getmək imkanı olan;
- Avtomobili idarə edə bilən;
- İşdə dəqiqlik, detallara fikir vermək və yüksək məsuliyyət qabiliyyəti olan şəxsdir.
- Detallara diqqət yetirmə bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət Et düyməsində göstərilən link üzərindən qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.










