Dövlət qurumunun tabeliyində publik hüquqi şəxs
Rəqəmsal inkişaf sektorunun mütəxəssisi (Rəqəmsal Layihə koordinatoru)
Son tarix 17 sen 2024 - [email protected]
İş saatları : 09:00-18:00
İş yeri : Bakı şəhəri, Nəsimi rayonu
Əmək funksiyası:
- Rəqəmsal layihələrin inkişafı prosesini qabaqcıl bazar təcrübələrinə əsaslanaraq koordinasiya etmək.
- Layihələrin gedişatına nəzarət edilməsi, vaxt və büdcə limitləri daxilində idarə edilməsi və müvafiq hesabatları hazırlanmaq.
- Ənənəvi və modern layihə idarəetmə metodologiyalarına bələd olmaq
- Rəqəmsal platformaların keyfiyyət üzrə test etmək, problemləri məruzə etmək və tapşırıq idarəetmə sistemi vasitəsilə əlaqədar şöbələrə ötürmək.
- Layihə təchizatçıları ilə kommunikasiyaları təmin etmək, təkmilləşdirilmiş funksionallıqları təhvil almaq.
- Yeni vebsayt xüsusiyyətlərini funksionallıq, yararlılıq və görünüş üçün hərtərəfli sınaqdan keçirmək.
- Layihə sənədləşməsinin, planların, vaxt cədvəlinin və RFİ/RFP sənədlərini formalaşdırmaq.
- Beynəlxalq etalonlara əsasən rəqəmsal həlləri araşdırmaq və müqayisəli şəkildə təqdim etmək.
- Office 365 alətlərindən istifadə edərək biznes proseslərin təkmilləşdirilməsini təmin etmək.
Bilməlidir:
- Biznes, İdarəetmə, Kompüter Elmləri, Layihə İdarəetməsi və ya ekvivalent təhsil üzrə bakalavr dərəcəsi.
- Layihə idarəetmə sahəsində və ya oxşar rolda ən azı 1 illik iş təcrübəsi.
- Proqram təminatının inkişaf dövriyyə modelləri haqqında dərin anlayış, həmçinin Agile və Ənənəvi layihə idarəetmə prinsipləri və təcrübələrinə dair biliklərə sahib olmaq, layihə və biznes mühitinə uyğun şəkildə tətbiq etmə bacarığı.
- Veb texnologiyalarını iş prinsiplərini anlamaq.
- Biznes tərəfdən verilən ideyaları texniki tələblərə çevirmək bacarığı.
- Strukturlaşdırılmış layihə sənədləri, istifadəçi təlimatları və hesabatlar yaratmaq bacarığı.
Vəzifə tələbləri:
- Ali təhsil.
- İş təcrübəsi: 1 ildən az olmayaraq.
- Kompüter bilikləri: Ofis proqramları, Müvafiq layihə alətlərindən (Jira/ Clickup /Bitrix24 /Trello) istifadə təcrübəsi
- Dil bilikləri: Azərbaycan və İngilis dillərində mükəmməl şifahi və yazılı ünsiyyət bacarıqları, həm biznes, həm də texniki əməkdaşlar ilə müxtəlif səviyyələrdə ünsiyyət qurma təcrübəsi.
- Mükəmməl problem həll etmə və araşdırma bacarıqları.
- Layihə idarəetməsi üzrə sertifikatlar və Power Automate biliyi olması üstünlükdür.
- Gələcəkdə HTML və CSS öyrənməyə açıq olmaq.
Əmək haqqı:
Əmək haqqı: 1200-1500 AZN (müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.).
Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini email-in mövzu hissəsində “rəqəmsal layihə koordinatoru” qeyd etməklə 01.09.2024-cü il tarixinədək qeyd edilmiş elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır