FED.az xəbər verir ki, “PAŞA Sığorta” ASC namizədləri Daxili kommunikasiya üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Mövcud daxili kommunikasiya kanallarının effektiv idarə olunması;
- Kommunikasiya visuallarının hazırlanması;
- Kommunikasiya mətnlərinin yazılması;
- Şirkətdaxili kommunikasiyanın gücləndirilməsi;
- Şirkətin kommunikasiya boşluqlarının təyin olunması və təkliflərin hazırlanması;
- Müxtəlif tədbirlər və görüşlər vasitəsi ilə şirkət çərçivəsində strateji ünsiyyəti və departamentlər arası kommunikasiyanı gücləndirmək;
- Şirkət daxilində önəmli hadisələrin, proseslərin və dəyişikliklərin əməkdaşlara çatdırılmasında dəstək;
- Kommunikasiya strategiyasının şirkətin strategiya, missiya, gələcəyə baxış və dəyərləri çərçivəsində olmasına nəzarət etmək;
- Rəhbər tərəfindən tapşırılan işlərin icra olunması.
BİLİK VƏ TƏCRÜBƏ:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili (Yazılı və şifahi) mükəmməl, ingilis və rus dillərini yaxşı bilmə;
- Kompyuter bilikləri Microsoft Office proqramlarını yaxşı bilmək;
- Adobe (Illustrator, Photoshop, Premiere və s) proqramlarını yaxşı bilmək;
- Bu sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
- Güclü kommunikasiya bacarığı;
- Analitik düşünmə qabiliyyəti.
Son müraciət tarixi: 15 iyun, 2020-ci il
Müraciət linki : https://bit.ly/35ty1zY