FED.az xəbər verir ki, Beynəlxalq Bank İnsan resurslarının idarə edilməsi departamentində Daxili kommunikasiya üzrə mütəxəssis vakansiyasını elan edir.
Eləcə də bax: "Baku Electronics" işçi axtarır - VAKANSİYA
Görəcəyiniz işlər:
• Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
• Daxili kommunikasiya kanallarının idarə edilməsi;
• Xarici və daxili kommunikasiyalar üçün mətnlərin yazılması və koordinasiyası;
• Kreativ ideyaların təklif edilməsi;
• Kommunikasiya prosesinin davamlılığının təmin edilməsi üçün müxtəlif görüşlərin, fokus qrupların və s. keçirilməsi;
• Müxtəlif layihələrin və tədbirlərin təşkili;
• Daxili korporativ jurnal üçün mətnlərin yazılması;
• Bankın əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işinin həyata keçirilməsi
Bizim üçün ideal namizəd:
• Jurnalistika, kommunikasiya sahəsində ali təhsili olan (arzuolunandır);
• Azərbaycan dilində mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları olan;
• Rus dilində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları olan;
• İngilis dilində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları olan;
• Yüksək motivasiya və əla kommunikasiya bacarıqları olan;
• Yüksək səviyyədə MS Office proqramlarında işləmə bacarığı olan bir şəxsdir
Axtardığımız namizəd Sizsinizsə, CV-nizi 19.06.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.