GM Construction
SƏTƏM mütəxəssisi (Laçın layihəsi)
Son tarix 25 fev 2023 - [email protected]
Nəyi bilməlidir:
- Əməyin təşkilinin əsaslarını;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyenanın norma və qaydalarını;
- İSO 9001:2015, İSO 45001-2018 standartının əsaslarını;
- SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasını;
- Bədbəxt hadisələrin, qəzaların araşdırılması və təməl səbəbinin təhlil olunmasını;
- Hündürlükdə görülən işlər və yükqaldırma əməliyyatları üzrə bilik;
- Kompyuter proqramı: Microsoft Word, Excel, Outlook (sərbəst istifadəçi)
Nəyi bacarmalıdır:
- Yüksək davranış və ünsiyyəti;
- Düzgün təhliletmə və qərarverməni;
- Məsuliyyəti üzərinə götürmə və problemi həlletməni;
- Müəsissənin mənafeyini qorumağı;
- Detallara diqqət yetirməni;
- Çeviklik.
Xüsusi tələblər:
- Cins: kişi;
- Yaş həddi: 30 - 50 yaş;
- Texniki ali təhsil;
- Beynəlxalq sertifikat (İOSH və ya NEBOSH);
- İş təcrübəsi: müvafiq sahədə azı 3 il;
- Səliqəli xarici görünüş;
- Sağlamlığında məhdudiyyətin olmaması və yaxşı fiziki hazırlıq;
- Ezamiyyələrə hazır olmaq;
- Vaxtaşırı rotasiya;
- Sürücülük təcrübəsi.
Gözlənilən davranışlar:
- Nizam-intizamlı;
- Stresə qalib gəlmə;
- Tələbetmə və yönləndirmə;
- Komandada işləmə və düzgün idarəetmə.
İş şəraiti:
- İş yeri: Laçın rayonu;
- Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı 1700 - 2000 man.
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.
Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaq.