FED.az xəbər verir ki, "Kapital Bank" Ağsu, Salyan və Şimal filialları üçün Kiçik Əməliyyatçı-Kassir vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Zeytun Pharmaceuticals" işçi axtarır - VAKANSİYA
Öhdəliklər :
• Müştərilərə xidmət;
• Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən bank məhsullarının satışı;
• Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
• Ödəniş kartları üzrə əməliyyatların aparılması;
• Müştərilərin hesabları üzrə mədaxil və məxaric əməliyyatlarını həyata keçirmək;
• Əməliyyat gününün sonunda xəzinədəki nağd pul vəsaitlərinin və digər dəyərlilərin filial müdiri və baş mühasibin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurmaq;
• Gün ərzində hazırlanmış sənədləri müvafiq qaydada arxivləşdirmək və s.
Tələblər :
• Ali təhsil;
• Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
• Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
• Azərbaycan dilində sərbəst danışmaq bacarığı
• MS Office (Word, Excel) proqramları üzrə biliklər;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Əla ünsiyyət bacarıqları;
• Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, "mövzu" bölməsində " Əməliyyatçı-Kassir " qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.