FED.az xəbər verir ki, "Kapital Bank" namizədləri İnformasiya Təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssis/mütəxəsisi/ (pentester) vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Eləcə də bax: "MilliKart" işçi axtarır - VAKANSİYA
Öhdəliklər
• Bank sirri xarakteri daşıyan məlumatların kənara sızılmasının və Bankın informasiya bazalarına kənar şəxslərin müdaxiləsinin qarşısının alınması məqsədi ilə Banka məxsus informasiya sistemlərinin monitorinqini həyata keçirmək.
• İT sistemlərinin, şəbəkələrin və tətbiqlərin boşluqlar üzrə təhlükəsizlik qiymətləndirməsini və mənbə kodu təhlilini həyata keçirmək.
• Zəifliklərin araşdırılması üçün tətbiq və şəbəkələrə daxil olma üzrə mexanizm və alətləri təyin etmək.
• Kompüter sistemləri və şəbəkələri, həmçinin veb-əsaslı tətbiqlər üzrə təhlükəsizlik sınaqlarını aparmaq.
• Tapılmış boşluqları sənədləşdirmək, onlar üzrə təhlükəsizlik hesabatları hazırlamaq və aradan qaldırılması üzrə şöbə müdirinin və ya onu əvəz edən şəxsin qarşısına təkliflərlə çıxış etmək.
• Müdaxilə insidentlərini aşkarlamaq və yaranma səbəblərini araşdırmaq.
• Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə daim əlaqə saxlamaq.
• Requlyator tələblərinin tətbiq olunması üzrə tədbirləri həyata keçirmək.
Tələblər
• Ali təhsil;
• Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
• Azərbaycan və Rus dillərini mükəmməl bilmək, ingilis dili texniki səviyyədə bilmək;
• Yüksək üsniyyətqurma qabiliyyəti;
• Məxfilik, diqqət, təhliletmə qabiliyyəti;
• Bank əməliyyatları və biznes prosesləri barədə biliklər.
CV-lərinizi, mövzu hissəsində “İnformasiya Təhlükəsizliyi şöbəsinin kiçik mütəxəssis/mütəxəsisi/ (pentester)” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.