Vakansiya 1
Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:
Vəzifə : Metodist (Sənaye, kənd təsərrüfatı və infrastruktur peşələri üzrə)
Vəzifə öhdəlikləri:
- Mərkəzin tədris prosesində fəaliyyət istiqamətləri üzrə işlərin vəziyyətini öyrənir, onun səmərəliliyinin artırılmasına dair təkliflər verir;
- Mərkəzin fəaliyyət sahəsi üzrə metodik tövsiyə, vəsait, tədris plan və proqramları, tədris-metodiki sənədlərini hazırlayır və təsdiq edilməsini təşkil edir.;
- Müvafiq bölmələr üzrə seminar-müşavirə, təcrübə mübadiləsi, açıq dərslər və müzakirələr keçirir;
- Təhsil proqramlarına uyğun tədris proqramlarının tərtibinə nəzarət edir;
- Pedaqoji prosesin və onun nəticələrinin təhlili əsasında mərkəzin pedaqoji işçilərinin ustalığının yüksəldilməsi ilə məşğul olur;
- Müvafiq sahədə qabaqcıl iş təcrübəsini öyrənir;
- Mərkəzdə tədrisin müasir metodları, pedaqoji texnologiyalar və mexanizmlərdən istifadə etməklə fəaliyyət göstərməsini təmin etməkdə metodiki yardım göstərir;
- Mərkəzdə metodik işin vəziyyətinin öyrənilməsi, müvafiq addımların atılması və təşkili üzrə məsləhətlər verir və kömək göstərir;
- Beynəlxalq sferada müvafiq sahələr üzrə baş verən dəyişiklikləri izləyir və bu dəyişikliklərə əsasən müvcud tədris proqramında yenilənmələr edilməsinə nəzarət edir.
Bilməlidir:
- Azərbaycan Respublikasının qanunlarını;
- Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir;
- Müasir peşə tədris texnologiyalarını, online platformalar üzərindən tədrisin təşkilinin əsaslarını bilməlidir;
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali təhsil, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili mükəmməl, rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 500 (Bir min beş yüz) manat
Maraqlı olanlar CV-ni “Metodist (Sənaye, kənd təsərrüfatı və infrastruktur peşələri üzrə)” başlığı ilə [email protected] ünvanına göndərə bilər.
Vakansiya 2
"BNB DYNAMICS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
Vəzifə: Proqramlaşdırma üzrə təlimçi
İş yeri: Bakı şəhəri, BMS plaza
İş təcrübəsi: Bu sahədə minimum 2 il iş təcrübəsi
Təhsil: Ali təhsilli
Əmək haqqı – müsahibə əsasında 600-800 AZN
İş qrafiki: Həftədə 5 gün 09:00 - 18:00
Tələblər:
- Python programlaşdırma dilindən istifadə etmək;
- Komandada işləmək bacarığı;
- Rus dilini mükəmməl bilməli;
Vəzifə və öhdəliklər:
- Mütəmadi olaraq heyətin müvəffəqiyyət səviyyələrini qiymətləndirmək;
- Tətbiqi məntiqi anlamaqla yanaşı, proqram təminatlarını hazırlamaq və alqoritmlər yaratmaq;
- Uşaqlar üçün proqlamlaşdırma, Python və robototexnika dərslərini tədris etmək;
- Proqramın heyətə düzgün çatdırılmasını təmin etmək;
- Proqram çərçivəsində dərslərin planlaşdırılması, təşkili və tədrisi;
Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “Proqramlaşdırma üzrə təlimçi” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Vakansiya 3
Company: BOS Shelf LLC
Position: Mechanical Fitter
Address: 83 Salyan Highway, Garadagh Dist., Baku, Azerbaijan AZ1083
Öhdəliklər:
• Müvafiq mexaniki cihazların quraşdırılması sahəsində 3-5 il iş təcrübəsi.
• Sistemlərin və maşınların quraşdırılması, proqramlaşdırılması və sınaqdan keçirilməsi bacarığı.
• Materialları dərindən bilmək, mexaniki təsvirləri analiz etmək bacarığı.
• Sənədləri təhlil etmək, alət və materialların uyğunluğunu yoxlamaq bacarığı.
• Əməliyyatların düzgün ardıcıllığını təyin etmək və texnikanın hissələrini yığmaq bacarığı.
• Test mərhələsində ortaya çıxan problemləri həll etmək bacarığı.
Namizədlər [email protected] e-mail adresinə mövzu hissəsində (Mechanical Fitter) yazaraq CV-lərini göndərə bilərlər.
Vakansiya 4
Компания Cofferica Coffee Roasters-Мы поставляем кофе на территории Азербайджана – объявляет о вакансии «Экспедитор - мерчендайзер».
Требования:
• Опыт работы на подобной должности минимум 1 год
• Полное среднее образование, высшее приветствуется
• Пол - Мужской
• Возраст от 20-28 лет
• Знание основ мерчендайзинга
• Стандартное знание офисных программ, MS Outlook
• Обязательное наличие рекомендации
Обязанности:
• Разработка стандартов мерчандайзинга, планограммы, фотоэталоны
• Мониторинг соответствия стандартам (визиты и фотоотчеты)
• Мониторинг конкурентов
• Ротация товара , улучшение стандартов для роста продаж
• Анализ продаж, поиск возможностей для роста продаж
• Доставка заказов оптовиков.
• Наличие прав обязательно.
Компетенции:
• Активность
• Креативность
• Ответственность
• Целеустремленность
• Пунктуальность
• Стремление к саморазвитию
Условия:
• Шестидневная рабочая неделя со сменным графиком (обсуждается индивидуально)
• Оклад 500 AZN + проценты от продаж.
• Профессиональный рост и развитие
• Оплачиваемый отпуск
Кандидатов просим отправлять свое резюме с фотографией на e-mail: [email protected] ,указав в теме письма название вакансии «Экспедитор».
На интервью будут приглашены только те кандидаты, которые будут соответствовать вышеуказанным требованиям..
Vakansiya 5
ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI!
Abşeron Logistika Mərkəzi özünəgüvənən, yüksək təqdimat və inandırma bacarığı olan, satış sahəsində karyera qurmaq istəyən, universiteti yeni bitirmiş, dinamik gənclər üçün ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMI elan edir.
Bu proqramda iştirak etməklə, Siz logistika sahəsi üzrə yeni bilik və bacarıqlara yiyələnərək proqramın sonunda işəqəbul şansı əldə edəcəksiniz.
Sizə nə təklif edirik?
• Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
• Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
• Satış sahəsində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək imkanı;
• Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
• Ali təhsil;
• Azərbaycan dili əla səviyyədə, İngilis və Rus dili arzuolunandır;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
• Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
• Yüksək araşdırma və tədqiqat bacarığı;
• Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
• Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
• Cari müştərilərə xidmətin göstərilməsi;
• Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
• PR və promo aksiyalarda iştirak;
• Bazarın araşdırılması, mövcud rəqiblərin təqib və analiz edilməsi;
• Görüş və təqdimatların təşkili;
• Müştərilər ilə uzunmüddətli əlaqələrin qurulması;
• Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin ölçülməsi;
• Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 15 fevral 2021-ci il tarixinədək [email protected] ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.
Vakansiya 6
Azərbaycanın ən böyük mebel istehsalçılarından biri olan “Damla” MMC 2012-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Artıq uzun illərdir ki, şirkətimiz təklif etdiyi mebellərin topdan satışını uğurla həyata keçirir. İstehsalat prosesində yalnız dünyaca məşhur şirkətlərin istehsalı olan, ekoloji cəhətdən səmərəli və sertifikatlaşdırılmış mebel materiallarından istifadə olunur.
Yerli brend Damla artıq Qazaxıstan, Gürcüstan, Rusiya, İran, Türkmənistan, Tacikistan, Özbəkistan kimi ölkələrdə də Azərbaycanı təmsil etməkdədir.
Vakansiya: Mühasib
Vəzifə öhdəlikləri:
- Vergi hesabatlarının (ƏDV,ÖMV,MÖMV,Gəlir vergisi) hazırlanması və təqdim edilməsi
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi .
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi .
- Əmək haqqı, məzuniyyət və son haqq hesabların hazırlanması .
- Əmək haqqı fondunun xərclənməsinə, ştat cədvəlinə, tabel və sair sənədlərə ciddi riayət olunmasına nəzarət etmək .
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi .
- Gündəlik kassa, bank, mal uçotunun aparılmasını təmin edir
- Əsas vəsaitlərin uçotunu aparır .
- Malsatanlarla üzləşmələrin vaxtında aparılmasını təmin edir .
- MS Office(xüsusilə Excell), 1C 8.3 , e-gov,e-taxes və digər portallardan istifadə etmək.
- Mühasibatlıq, vergi və əmək qanunvericiliyi üzrə məlumatlı .
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti güclü olmalı .
Namizədə tələblər:
- Ali İqtisadi təhsilli
- Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi;
- Təşkilati, analitik və idarə etmə bacarıqlar;
- Microsoft office və 1 C proqramını yaxşı səviyyədə bilmək .
İş şərtləri:
- Həftədə 6 iş günü, 1 gün istirahət;
- Əmək haqqı: minimum 700-800 AZN;
- İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı
- İşçilərin işə gəlmə və gedməsi üçün Sumqayıt, 20 Yanvar MS yanı və Masazır qəsəbəsindən servis xidmətimiz mövcuddur.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Mühasib” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya 7
İşəgötürən: Beta Consortium MMC
Vəzifə adı: Memar - Dizayner
Yer: Bakı, Azərbaycan
İş öhdəlikləri:
• Exteryer və İnteryer dizayn sahəsində sərbəst dizayn işlərini icra etmək.
• Obyektlərin ölçülməsi və layihədə yerləşdirilməsi.
• Memarlıq-Dizayn işlərini zamanında və yüksək keyfiyyətlə həyata keçirmək.
• Planirovka və mebelirovkanın yığılması.
• Müştəri məmnuniyyətinə nail olma və təqdimat bacarığı.
İş təcrübəsi:
• Müvafiq sahə üzrə ən azı 3 il təcrübəsinin olması
Yaş həddi:
• 22-35
Təhsil:
• Ali təhsil (İxtisası üzrə)
Tələblər:
• İngilis dilini yaxşı bilməli
• AutoCAD.
• 3DS MAX.
• Corona renderer.
• Adobe Photoshop.
• Müasir dizayn tendensiyaları üzrə biliklər.
Əmək haqqı: Müsahibə əsasinda
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Memar - Dizayner” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər.
Vakansiya 8
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Hüquq işləri üzrə inzibatçı
Tələblər:
• Təhsil: ali (hüquq təhsili olanlara üstünlük veriləcək);
• Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilməlidir;
• Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
• Tələbkar, obyektiv, məsuliyyətli, aktiv və çevik olmalı;
• Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı
Vəzifələr:
• Müxtəlif hüquqi sənədlərin hazırlanması
• Müvafiq məlumat bazası yaratmaq
• Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması
İş şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• Əmək haqqı: 500 AZN
• İş vaxtı: həftənin 5 günü tam, 6 gün qısa iş günü, istirahet günü: bazar
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Vakansiya 9
Baş usta
Namizədə olan tələblər:
· Texniki sahədə ali təhsil (Avtomobil sahəsində təhsili olanlara üstünlük verilə bilər),
· Qeyd edilən sahədə minimum 2 il iş təcrübəsi,
Vəzifə öhdəlikləri:
· Servisdə təmir işlərini ustalar arasında düzgün paylaşdırılması,
· Təmirdən sonra görülmüş işin keyfiyyətinə nəzarət edilməsi,
· İş bitdikdən sonra servis məsləhətçisinə işin təhvil verilməsi,
· Gündəlik təhlükəsizlik texnikası barədə ustaları təlimatlandırılması,
· Servis sahəsinin təmiz saxlanılmasına nəzarət edilməsi,
· Avadanlıqların və alətlərin düzgün istimarına nəzərət edilməsi və lazım olduqda rəhbərliyin məlumatlandırılması,
· Servisdə nizam intizam qaydalarına riayət edilməsi.
· Kollektiv ilə işləmə bacarığı
Namizədlər [email protected] email adresinə CV göndərə bilərlər.
Vakansiya 10
"FLY PERFUME" MMC üçün Satıcı Ekspeditor xanım əməkdaş (iş ərazidədir) axtarırıq.
Tələblər :
1. Səlis Azərbaycan dilini bilməsi (əlavə olaraq rus dili bilənlərə üstünlük verilir)
2. Xoş və səliqəli zahiri görünüş
3. Yüksək danışıq qabiliyyəti, fikrini aydın izah etmə və aktiv satış bacarığı
4. Səbrli və nəzakətli
5. İşgüzar və hədəf yönümlü
6. Gərgin iş mühiti və qrafikdə səmərəli işləmə bacarığı
7. Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı, müştərilərlə nəzakətli rəftar
8. Kollektiv ilə işləmə bacarığı
Vəzifələr:
- Satış nöqtələrində sifarişlərin qeydə alınması və qaimələrin yazılması.
- Davamlı olaraq satış məntəqələrini ziyarət edərək mal çatışmamazlığını müəyyən etmək.
- Şirkət məhsullarının ərazilərdə satışının təşkili.
- Şirkətə məxsus malların ticarət nöqtələrinin rəflərində prioritet yerlərdə normativlərə uyğun düzülüşü.
- Şirkətə məxsus malların maksimum dərəcədə paylaşılmasını təmin etmək.
- Satış təmsilçisi satış məntəqələrində olan maddi vəsaitə nəzarət edir onun məsuliyyətini daşıyır.
- Birbaşa tabe olduğu rəhbəri tərəfindən tapşırıqların icrası.
- Günün sonunda satış hesabatlarını hazırlamaq və birbaşa rəhbərə təhvil vermək.
- Satış təmsilçisi satış nöqtəsinin anbarındakı şirkətə məxsus malların varlığına nəzarət etməlidir.
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməlidir.
AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
Həftədə 6 gün iş rejimi
Əmək haqqı 400 AZN + Bonus
Maraqlı namizədlərin CV-lərini [email protected] ünvanına yönləndirmələri xahiş olunur.
Firdovsi Qasımov - +99470 750 92 32
Vakansiya 11
“Buta Construction” Qapalı Səhmdar Cəmiyyəti aşağıdakı vakansiya üzrə namizəd axtarır: Yol mühəndisi
Tələblər:
• Müvafiq sahədə ali təhsil;
• Yol tikintisi sahəsində təcrübəyə malik olmalı. Tikinti sahəsində iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
• İş üçün müvafiq kompüter proqramlarını bilməli (Word, Excel, AutoCAD,) ;
• Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilməli;
• Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilməli;
Vəzifə öhdəlikləri:
• Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət edir;
• Yol-inşaat Materialların, konstruksiyaların və məmulatların araşdırılmasını, bu istiqamətdə beynəlxalq əlaqələrin qurulması üzrə təkliflərin verilməsi;
• Materialların qəbul olunmasını və onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkil edilməsi;
• Tikinti işlərinin istehsalı üçün işçilər tərəfindən texnoloji əməliyyatlarının aparılması zamanı təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət edilməsi;
• Vəzifə təlimatında göstərilmiş digər öhdəlikləri yerinə yetirilməsi.
• İş rejimi : 6 günlük
• Şəhər: - Bakı
• Yaş: 25-45 yaş
• Təhsil: Ali
• İş yeri: Bakı şəh.,
CV üçün e-mail: [email protected] (Yol Mühəndisi başlığı ilə göndərməniz xahiş olunur).
Vakansiya 12
|
“GLA” (Gaminq Leaque Azerbaijan) şirkəti 360° düşünə bilən və yüksək yaradıcılıq qabiliyyəti olan Rəqəmsal marketing mütəxəssisi axtarışındadır.
Tələblər:
• SMM üzrə biliklər;
• Content yaratmaq bacarığı;
• İnfluencer marketing haqqında biliklər;
• SEO, SEM, Google Analytics, Google Adwords və e-mail marketing üzrə bilik və bacarıqlar;
• Azərbaycan və rus dilləri sərbəst danışıq və yazı səviyyəsində, ingilis dili üzrə biliklər üstünlükdür;
• Kreativ, işinə qarşı həvəsli və məsuliyyətli olmalı;
• Fərqli düşünmə bacarığı, standartlardan kənara çıxmağı bacaran;
• Verilən işi vaxtında və operativ təhvil vermək bacarığı;
• Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
• Analitik düşüncəyə sahib, problemləri sadə yollarla həll etmə bacarığı;
Vəzifə və öhdəliklər:
• Digital marketing kampanyalarının performansının yüksəldilməsini təmin etmək;
• Şirkətin digital marketing strategiyasısının müəyyən olunması və idarə edilməsi;
• Sosial media platformalarının reklam baxımından düzgün qiymətləndirilməsi və ona uyğun reklam strategiyasının müəyyən olunması;
• Mövzuya uyğun olaraq, yüksək keyfiyyətdə cəlbedici kontentin hazırlanması və ya seçilməsi, hazırlanmış kontentin veb sayt, sosial media hesablarına yerləşdirilməsi;
• Xidmət və ya məhsulun daha çox hədəf kütləsinə çatdırılmasını təmin etmək;
• Şirkət hədəfləri istiqamətində marketing strategiyasını inkişaf etdirmək;
• Daimi yenilənən digital “tool” ları və platformaları izləmək, digital marketing texnologiyaları və ən son trendlərdən xəbərdar olmaq;
• Müvafiq vakansiya üzrə minimum 1 il iş təcrübəsi (agentlik təcrübəsinə malik olmaq üstünlükdür);
• Əmək haqqı: müsahibə zamanı namizədin bilik və bacarığına uyğun olaraq müəyyən ediləcəkdir.
• İş qrafiki: Bazar ertəsi-cümə günləri 09.00-18-00, şənbə günləri 10.00-16.00.
P.s Kibersporta marağı və həvəsi olan namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.
Vakansiya 13
MÜHASİB KÖMƏKÇİSİ
İş barədə məlumat:
- Mühasibat, vergi uçotu ilə bağlı əməliyyatlar - Onlayn Kargüzarlıqda işləmək - E-Qaimə fakturalarının və Hesab Fakturaların (invoice) yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
- E-portal proqramı ilə işləmək bacarığının olması
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək.
- Bank hesabları ilə işləmək
- Daxili və xarici köçürmələr
- Müqavilələrlə işləmək
Namizədə tələblər
- Ali təhsil (Mühasibat uçotu üzrə)
- Microsoft Office proqramlarında (Word, Excel, Outlook)
- 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
- Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
- Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
- Balansın, Mənfəət-Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabatların hazırlanması.
- Əmək haqqı: razılaşdırılma yolu ilə (400 + AZN)
- İş qrafiki: həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək
CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
Vakansiya 14
Satış məsləhətçisi
İş barədə məlumat:
• Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tədbiq etmək
• Müştəriləri mağazada qarşılamaq, mallar haqqında ətraflı və doğru məlumat vermək
• Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
• Mağaza müdirinin tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
İş şəraiti:
• Əmək haqqı + bonus
• İş rejimi: 6 günlük iş rejimi
Tələblər:
• Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır)
• İş təcrübəsi: Satış sahəsində azı 1 il iş stajı
• Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
• Satış qabiliyyəti olmalı
• Dəqiq və işinə qarşı məsuliyyətli olan
• Ünsiyyəcil və yüksək danışıq qabiliyyəti
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış məsləhətçisi” qeyd edərək şəkili CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
Vakansiya 15
“GLA” (Gaming League Azerbaijan) şirkəti qrafik dizayner pozisiyası üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi;
- Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin yerinə yetirilməsi;
- Brandbook, loqotiplərin, korporativ məhsullarının dizaynlarının yaradılması;
- Sosial Media hesabları üçün posterlərin hazırlanması;
- Ə/h başlanğıc 650 AZN;
- İş qrafiki: Bazar ertəsi - Cümə, saat 09:00-dan 18:00-dək, Şənbə günü, saat 10:00-dan 16:00-dək;
Namizədə tələblər:
- Adobe Creative Suite (CS) proqramları, xüsusilə Adobe Photoshop, Adobe İllustrator ilə işləmək bacarığı;
- Azərbaycan və rus dili bilikləri, ingilis dili üstünlükdür;
- Bir neçə tapşırığı idarə etmək bacarığı (multitasking);
- Detallara diqqət yetirmək bacarığı və öz fikirlərinin mövcudluğu
- Daim yenilənən dizayn trendlərini izləmək və cari trendləri gündəlik işlərdə tətbiq etmək
- Dizayn qabiliyyəti inkişaf etmiş, yaradıcı və xəyal gücü yüksək
- Zaman və resursların düzgün idarə olunması bacarığı
- Dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
- Dizayn trendlərindən xəbərdar olması;
- Detallara diqqətli, nizamlı olması;
- Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
- Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
- İndesign və ümumi vebsayt dizayn bilikləri üstünlükdür.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində vakansiyanın adını qeyd etməklə (“Qrafik dizayner”) öz CV forması və portfoliolarını [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Vakansiya 16
Şirkətimiz 2006-cı ildən beynəlxalq və ölkə daxili daşımalar üzrə fəaliyyət göstərir. Biz peşəkar komandamıza yüksək potensiallı, savadlı, yeniliklərə açıq, şirkətimizin siması olacaq, karyerasını böyük korporativ şirkətdə qurmağı hədəfləyən “TİR Sürücusü” vəzifəsində çalışmaq istəyən namizədlər axtarırıq.
Vəzifə öhdəlikləri:
• Tentli yarımqoşqulu avtomobillərin idarə edilməsi
• Tent və Ref tipli avtomobilin idarə edilməsi
• Yüklərin təyinat məntəqəsinə (Bakı – Avropa - Bakı) təhlükəsiz və müəyyən edilmiş vaxtda çatdırılması
• Nəqliyyat vasitəsinə müvafiq texniki xidmətin vaxtı-vaxtında göstərilməsi, ehtimal olunan nasazlıq zamanı rəhbərliyə məlumatın verilməsi və nasazlıqların aradan qaldırılması
• Nəqliyyat vasitəsinin təmizliyinə və səliqəli olmasına nəzarət edilməsi
• Yük və nəqliyyat vasitəsinə aid olan sənədlərə nəzarət və müvafiq yerdə saxlanılması
• Hesabatların dəqiqliklə və vaxtında rəhbərliyə təhvil verilməsi
Tələblər:
• Yaş həddi: 25 – 65
• B CE kateqoriyalı sürücülük vəsiqəsi
• Yol hərəkəti qaydalarını bilməli
• Xarici pasportun olması
• Müvafiq sahə üzrə minimum 5 il təcrübəsi
• Taxo Card-ın (taxoqraf çipi) olması
• ADR sertifikatının olması
• Nəqliyyat vasitəsinə və yükə aid sənədlərlə (CEMT, (EKMT) CMR, TIR CORNET) işləmək bacarığı
• Avropa üzrə yollarda iş təcrübəsi
Avtomobillərimiz:
• Tent yarımqoşqulu İveco, Reno və s., Euro -5 avtomobillər.
Şirkət təklif edir:
• AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə
• Rəsmi əməkhaqqı
• Gündəlik yemək xərcləri
CV-lərinizi [email protected] elektron ünvana “TİR Sürücü” başlığı ilə göndərməyiniz mütləqdir.
Əlaqə üçün: 012 488 68 75, 050 212 61 56
Vakansiya 17
“ULTEL” MMC
Vəzifə: Şəbəkə təhlükəsizliyi üzrə mütəxəssis
Namizədə tələblər:
- NGFW-la minumum 1 il iş təcrübəsi.
- Firewall, marşrutlaşdırıcılar, virtual özəl şəbəkələr (VPN) və digər təhlükəsizlik vasitələrini idarə etmək bacarığı.
- Antiviruslar haqda kifayət qədər məlumatlı olmalı, işləmə prinsilərini bilməli.
- İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Təhsili/ixtisası: bakalavr dərəcəsi;
- Dil bilikləri: Azərbaycan dili (Əla), Ingilis dili (texniki), Rus dili (texniki) ;
Əsas vəzifə öhdəlikləri:
- Kompüter sistemlərini və şəbəkələrini hərtərəfli araşdırmaq və problemlərin vaxtında aradan qaldırılması
- Təhlükəsizlik risklərini gözləmək və onları təsirsiz hala gətirmək üçün yeni yollar tətbiq etmək
- Şəbəkə qüsurlarını tez bir zamanda aşkar etmək və aradan qaldırmaq
- Həmkarlarını təhdidlər və qorunma metodlarını barəsində məlumatlandırma.
- Hadisə hesabatlarının tərtibi.
İş şərtləri:
• İş vaxtı 09:00 - 18:00;
• İş günü 5/2
E-mail-in “subject” bölməsində “Şəbəkə təhlükəsizliyi üzrə mütəxəssis “ yazmağınız mütləqdir.
E-mail: [email protected]
Vakansiya 18
Telemarketinq üzrə kiçik mütəxəssis
Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital QSC Telemarketinq üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
• Müştərilərə şirkət məhsulları barədə məlumat verilməsi ilə bağlı zənglər etmək
• Şirkət məhsullarının zəng vasitəsilə satışını həyata keçirmək
• Müştərilər tərəfindən şirkət məhsulları ilə bağlı daxil olan müraciətləri cavablandırmaq və qeydiyyatını aparmaq
İş qrafiki
• Bazarertəsi – Cümə: 09:00-18:00
• Şənbə: 10:00 – 14:00
• Əmək haqqı: 300-400 AZN
• Əlverişli iş mühitində çalışmaq imkanı
• Karyera və inkişaf perspektivləri
Namizəddə tələblər:
• 21 - 29 yaş
• Azərbaycan dili və rus dilini əla səviyyədə bilmək
• Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı
• Səlis və aydın nitq qabiliyyəti
• MS Office proqramları bilikləri
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Telemarketinq üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.
Vakansiya 19
“RD Smart” QSC şirkəti 2019-cu ildə Bakı şəhərində qurulub. "Made in Azerbaijan” brendi ilə müasir texnolocı məhsul istehsalına və xidmətlərin göstərilməsinə təkan vermək, habelə həmin brendlərin beynəlxalq arenaya çıxmasına şərait yaratmaqdır.
Regionların İnkişaf Proqramının məqsədlərinirəhbər tutaraq, Bakı və Azərbaycanın regionlarında (rayon, şəhər, kənd və qəsəbələrində) istehsal olunmuş muasir avadanlıqlar, qurğu və cihazları quraşdırmaqla, onların fasiləsiz vahid “ağıllı sistem” altında çalışmasını tətbiq etməkdir.
Vakansiya: Mexantronika mühəndisi
Namizədə tələblər:
• Avtomatik sənaye sistemləri, robot texnikaları və maşın texnikaları sahəsində təcrübəli;
• Autocad,Solidworks,Fusion 360, 3D Studio Max kimi proqramlarda işləməyi bilən;
• Elektrik çertyojlarını anlayan;
• Sənaye robot texnikaları və robot montaj xətlərini bilən;
• Stress altında işləməyi bacaran;
• Yüksək ünsiyyət bacarığı, öğrənməyə həvəsli olan;
• Komanda ilə işləməyi bilən.
Vəzifə öhdəlikləri:
• Mövcud istehsal proqramında dəyişiklik etmək;
• Maşın və maşın texnikaları dizaynını etmək;
• İstehsal, montaj və istehlak proseslərini idarə etmək;
• İstehsal proqramını hazırlamaq;
• Layihə sənədlərini hazırlamaq və analiz etmək;
• İnkişaf edən texnologiyaların izlənilməsi və istehsala uyğunlaşdırılması;
• Layihə üçün lazımi ləvazimatların seçiminə köməklik etmək;
• Digər departamentlərlə kordinasiyalı işləmək;
• Prototip məhsulun montaj etmək, test etmək və işə salınmaq.
İş qrafiki: 09:00 - 18:00 (5 günlük iş qrafiki)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 08 mart, 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Mexatronika mühandisi) göstərməyiniz xahiş olunur.
Vakansiya 20
Vəzifə adı: Satış məsləhətçisi
İş qrafiki :
İş yeri: 5 günlük / 10:00 – 20:00
Bakı, Azərbaycan
İşin təsviri :
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
- Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
- Satışı icra etmək
- Mağazada məhsulların düzülüşünə nəzarət etmək
- Mağazanın təmizliyinə nəzarət etmək
Tələblər :
- Müvafiq sahədə iş təcrübəsi
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Satış məsləhətçisi” qeyd edib bu ünvana göndərəsiniz. [email protected]