VAKANSİYA 1
Ayan MMC
Auditor
Son tarix 12 yan 2023
Vəzifə öhdəlikləri:
- Audit obyektlərinin həcmini müəyyən etmək;
- Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
- Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;
- Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;
- Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir;
- Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir;
- Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir;
- Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir.
Namizədə dair tələblər:
- Kişi namizəd
- Müvafiq sahədə ali təhsil (Maliyyə, İqtisadiyyat və s. sahələrdə)
- Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
- Səlis Azərbaycan dili bilikləri
- İrəli səviyyədə MS Office ( Word, Excel, Outlook) bilikləri
- Şəxsi avtomobil
Əlavə məlumatlar:
- İş qrafiki 08:00-dan 17:00-dək
- 5 günlük iş rejimi
- Əmək haqqı – 800 fix + 400 KPİ
- Nahar şirkət tərəfindən verilir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Auditor” qeyd olunmaqla, göndərə bilərlər.
Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlaqə nömrələri: +994512707504
VAKANSİYA 2
AZINTELECOM
Komplayens şöbəsinin müdiri
Son tarix 12 yan 2023 -
Vəzifə öhdəlikləri:
- Komplayens (Uyğunluq) siyasətinin hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
- Komplayens (Uyğunluq) metodologiyasının hazırlanması və tətbiqi;
- Qanunvericiliyin və digər tənzimləyici sənədlərin tələblərinə uyğunluq üzrə həyata keçirilən nəzarət fəaliyyəti çərçivəsində hesabatlar hazırlayaraq rəhbərliyin məlumatlandırılması və müvafiq təkliflərin verilməsi;
- Komplayens (Uyğunluq) tələblərinin pozulması halları üzrə effektiv tədbirlər planının hazırlanması;
- Təşkilatda həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi;
- Mövcud boşluqların və təkmilləşdirilmə ehtiyacı olan məqamların aşkar edilməsi üçün təşkilatın prosedur və digər müvafiq sənədlərinin davamlı olaraq monitorinqinin aparılması;
- Komplayens (Uyğunluq) risklərinin müəyyənləşdirilməsi məqsədilə təşkilatın əməliyyatlarının təhlili;
- Təşkilatın aktivlərinin qorunması və cari əməliyyatların səmərəli idarə edilməsinə yönələn nəzarət fəaliyyətinin həyata keçirilməsi;
- Tənzimləyici sənədlər və prosedurlar üzrə əməkdaşların məlumatlılığı üzrə əminliyin təmin olunması;
- Əməkdaşların komplayens (uyğunluq) üzrə suallarının cavablandırılması və əlaqəli problemlərin həll oluması.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (İnformasiya texnologiyaları, iqtisadiyyat və ya biznes idarə edilməsi sahəsi üzrə)
- Təşkilati bacarıqlar (yazışma qaydaları, vaxtın idarə edilməsi, planlaşdırma, kommunikasiya və s.);
- Konfidensial və həssas məlumatlarla işləmək bacarıqları;
- Normativ sənədlər, siyasət, prosedur və metodoloji sənədlərlə işləmə bacarıqları;
- Strateji baxış formalaşdırma bacarıqları.
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi.
- ISO 9001, ISO 27001, ISO 22301, ISO 20000-1 (üstünlükdür)
- Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
- Dil bilikləri: Azərbaycan, ingilis dili (üstünlükdür)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.
VAKANSİYA 3
Makro 2000
Nəqliyyat koordinatoru
Son tarix 12 yan 2023 -
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə.
Öhdəliklər:
- Nəqliyyat vasitələrinin hərəkət marşrutunun GPS vastəsi ilə izlənilməsi;
- Sifariş marşrutuna nəzarət edilməsi;
- Nəqliyyat vasitələrinin dayanma-durma hallarına nəzarət edilməsi;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Tələblər:
- Ali təhsil (texniki sahə üzrə);
- Ərazi bilikləri (Bakı, Sumqayıt şəhərləri və Azərbaycanın rayonları üzrə);
- 1 illik iş təcrübəsinin olması üstünlükdür;
- MS Office proqramlarında işləmə bacarığı;
- Analitik düşünmə bacarığı;
- Kollektivdə işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyət, çalışqanlıq və ünsiyyət bacarığı
Əmək haqqı 450-500.
Göstərilən tələblərə cavab verən Şəxslər Mövzu hissəsində “Nəqliyyat koordinatoru” yazaraq öz CV-lərini e-poçt ünvanına göndərsinlər. Yalnız qeyd olunan tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
VAKANSİYA 4
166 Yükdaşıma və Logistika
Satış üzrə mütəxəssis
Son tarix 12 yan 2023 -
Öhdəliklər:
- Müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
- Müştərilərlə görüşlərin keçirilməsi, təqdimat və təkliflərin hazırlanması;
- Soyuq satışın həyata keçirilməsi;
- Yeni korporativ müştərilər cəlb etmək və mövcud müştərilərlə iş fəaliyyətinin genişləndirilməsi;
- Korporativ satış ilə bağlı bazar araşdırmasının aparılması, rəqiblər və bazar haqqında informasiyaların aylıq hesabatın hazırlanması və buna uyğun satış strategiyasının tətbiqi.
Tələblər:
- Sahə üzrə 1-2 ilə qədər iş təcrübəsi;
- Azərbaycan, rus dilində səlis yazı və danışıq bacarığı (ingilis dili bilikləri üstünlükdür);
- Təqdimat hazırlama və peşəkar formada təqdim etmək bacarığı;
- Dinləmə və effektiv ünsiyyət bacarığı;
- Stressə qarşı davamlılıq.
İş şərtləri:
- İş qrafiki 6 günlük;
- Karyerada yüksəliş imkanı.
Müraciət:
Namizədlər mövzu hissəsinə “Satış üzrə mütəxəssis” qeyd edərək elektron poçt ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.
VAKANSİYA 5
STP - AH MMC
SƏTƏM şöbəsinə təcrübəçi
Son tarix 12 yan 2023 -
Tələblər:
- Ali təhsil;
- Ünsiyyət qurma bacarığı;
- Komandada işləmə bacarığı;
- Daim öyrənmək həvəsi, öz üzərində daim çalışan;
- Dil bilikləri: Azərbaycan dili-mükəmməl, İngilis dili danışıq səviyyəsində bilməli;
- MS Office (Word, Excel ) yüksək səviyyədə bilmək;
- Müvafiq sahə üzrə sertifikatının olması arzu olunandır.
Görəcəyiniz işlər:
- SƏTƏM şöbəsinə aid sənədlərin qeydiyyatının aparılması,yoxlanılması və izlənilməsi;
- Aylıq hesabatların və statiskaların hazırlanması;
- Logo proqramında hesabatın hazırlanması;
- İclasların təşkili;
- Sifarişlərin hazırlanması və imzalanması;
- Sənədlərin arxivləşdirilməsi və s.
Əlavə məlumatlar:
- Aylıq 300 manat əmək haqqı;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: 5 günlük qrafik;
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM üzrə təcrübəçi” yazaraq ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 6
AGRO - WEST DC LLC
İşə Qəbul üzrə Aparıcı Mütəxəssis
Son tarix 12 yan 2023 -
Namizədə olan tələblər:
- Təhsil: Ali;
- Yaş: 25-45;
- Dil biliyi: Rus/İngilis;
- Cins:Bəy namizədlər
- AR Əmək Məcəlləsi üzrə biliklər;
- MS Office proqramlarından sərbəst istifadə;
- Yüksək ünsiyyət qabiliyyəti;
Vəzifə öhdəlikləri:
- İşə Qəbul üzrə minimum 2 il təcrübəsi olmalı;
- Bütün işə qəbul proseslərini həyata keçirtmək;
- Mövcud vakansiyaları təhlil etmək,elanları hazırlamaq və yerləşdirmək;
- Vakansiyalara uyğun namizədlərin seçilməsi,ilkin müsahibələrin təşkili və keçirilməsi;
- İşçilərin işə qəbul və yerləşdirmə prosesini təşkil etmək;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşə qəbul kanallarının idərə olunması və müasir metodların tətbiqinin həyata keçirilməsi;
- İş analizini aparmaq;
- İşə düzəltmə şirkətləri ilə əməkdaşlıq;
- Şirkətin CV bazasının yenilənməsi və genişləndirilməsi.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün;
- İş saatı: 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: 800 azn;
- Ünvan: Bakıxanov qəs.,B.Bünyadov küç.
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "İşə Qəbul üzrə Aparıcı Mütəxəssis" qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 7
STP - AH MMC
Maliyyə nəzarəti və planlama şöbəsinə aparıcı və ya böyük mütəxəssis
Son tarix 12 yan 2023 -
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
- Maliyyə sahəsində 3-5 illik iş təcrübəsi olan;
- Əlavə nəaliyyətlər (ACCA, CIMA və ya CFA) üstünlükdür;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- Azərbaycan, ingilis dilini bilməlidir, rus dili üstünlükdür;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.
Hansı işləri görəcəksiniz:
- Maliyyə vəsaitlərin hərəkətinin uçotun aparılması və maliyyə uçotunun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtibatı;
- Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların qənaətinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
- Maliyyə cədvəllərinin hazırlanması, statistik hesabatların verilməsi üçün məlumatlar hazırlamaq;
- Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
- Maliyyə riskinin müəyyən edilməsi;
- Rəhbərlik tərəfindən müəyyən edilən hesabatların hazırlanması, təhlil edilməsi və təqdimatların hazırlanması;
- Aylıq maliyyə hesabatının bağlanılmasını həyata keçirilməsi;
- Maliyyə siyasəti və prosedurlarının hazırlanması;
- Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi və s.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ aparıcı və ya böyük mütəxəssis” yazaraq göndərmələri xahiş olunur.
VAKANSİYA 8
Parfum City
Директор магазина
Son tarix 12 yan 2023 -
В новый открывающийся магазин премиальной парфюмерии и косметики ищем кандидата на должность Директора Магазина, который будет нести ответственность за рост продаж в магазине и за превосходный уровень обслуживания в нем.
Основные функции работы:
- Обеспечение высокого уровня сервиса работы с клиентами
- Принятие мер по предупреждению/разрешению конфликтов с покупателями;
- Рассмотрение жалоб и претензий потребителей;
- Консультация клиентов при необходимости
Организация эффективной торговли магазина:
- Обеспечение исполнения плана продаж и способствование к их увеличению;
- Слежение за трендами рынка и конкурентной среды и определение возможностей для коммерческого развития;
- Участие в реализации и успехе рекламных и маркетинг кампаний в магазине;
- Внесение предложений в формирование заказа продукции;
- Участие на бизнес встречах и внесение вклада в развитие компании
Организация и управление работы персонала магазина:
- Обеспечение трудовой деятельности и контроль за соблюдением должностных обязанностей сотрудников магазина;
- Создание командного духа и мотивация сотрудников на достижение поставленных задач;
- Адаптация и обучение новых сотрудников;
Взаимодействие и решение задач с 3-ми лицами:
- с маркетинг агентствами;
- с поставщиками;
- с гос. органами, контролирующими деятельность магазина
- и другими
- Обеспечение бесперебойной работы магазина по всем направлениям деятельности
Желаемый профиль кандидата:
- Опыт работы в парфюмерно-косметической индустрии и на схожей позиции не менее 3-х лет;
- Понимание люксового сегмента;
- Умение управлять и развивать продажи;
- Наличие лидерских способностей и опыта работы с командой;
- Уверенный пользователь ПК и Excel, PowerPoint.
- Свободное владение азербайджанского и русского языка. Знания английского языка приветствуются.
Детали:
- Конкурентная заработная плата и премиальные после прохождения испытательного срока;
- 6-дневная рабочая неделя, 10 рабочих часов в день
VAKANSİYA 9
Trion Trade
Satış təmsilçisi (Şəbəkə və A klass tipli marketlərdə)
Son tarix 12 yan 2023 -
Tələblər:
- Təhsil: Orta ixtisas (Ali təhsili olması arzu olunandır)
- İş təcrübəsi: Şəbəkə marketlərdə və A klass tipli marketlərdə azı 1 il iş stajı (qeyri-qida sektorunda təcrübəsi: arzu olunandır)
- Sürücülük vəsiqəsi + şəxsi avtomobil (Məsrəflər şirkət tərəfindən ödənilir benzin+amortizasiya)
- Şəxsi avtomobil mütləqdır.
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı
- Dəqiq və işinə qarşı məsuliyyətli olan
- Ünsiyyətcil və yüksək danışıq qabiliyyəti
- İşgüzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan
İş barədə məlumat:
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kompaniyalar haqqdında məlumatı vaxtında öyrənmək və tədbiq etmək
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərmək
- Məhsulun təqdim edilməsi.
- Zalda məhsulun bütün çeşidlərinin mövcudluğuna nəzarət etmək
- Mağazada və anbarda olan malların qiymətləri, ölçüləri, miqdarı və s. barədə məlumatları bilmək.
- Satış sonrası işin izlənməsi
- Hesabatlar
- Satışların müvəffəqiyyətlə aparılması üçün peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi və bacarıqların təkmilləşdirilməsi.
- Əmək haqqı:1200-1600 AZN
İş qrafiki:
- Bazar ertəsi -Şənbə
- Saat:09:00-dan-18:00-dək
VAKANSİYA 10
A+Co ASC
Satınalma üzrə mütəxəssis
Son tarix 12 yan 2023
Tələblər:
- Ali təhsil;
- Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi;
- Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı;
- Səlis Azərbaycan dili Rus dili. İngilis dili bilikləri əlavə üstünlükdür;
- Yaxşı səviyədə MS Office bilikləri;
- Komanda ilə işləmə bacarığı
Vəzifə öhdəlikləri:
- Satınalma və Logistika ilə bağlı gündəlik yazışmaların aparılması və gələn sifarişlərin yerinə yetirilməsi;
- Təchizatçılarla ünsiyyətin qurulması və iş birliyinin aparılması;
- Təchizat sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərin izlənilməsi;
- Satınalma ilə bağlı sənədlərin, təqdimatların, hesabatların hazırlanması;
- Gündəlik nəticələr haqqında hesabatları hazırlamaq və birbaşa rəhbərinə təqdim edilməsi;
- Əməliyyatların qeydiyyatının aparılması;
- Tabe olduğu rəhbərliyi tərəfindən verilən tapşırıqların vaxtlı-vaxtında icrasının təşkili və təmin edilməsi
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək ;
- Nahar Şirkət tərəfindən təmin olunur;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
VAKANSİYA 11
Bantik Mağazası
SMM Menecer
Son tarix 12 yan 2023
Öhdəliklər:
- Günlük və həftəlik kontentin hazırlanması (foto,video,mətn və.s) və Sosial mediada paylaşmasını təmin etmək;
- Şəbəkəyə gündəlik gələn şərhlərə, rəylərə, mesajlara və sorğulara cavab vermək;
- Sosial Media hesabları və platformaları (Instagram, Facebook, Tiktok,) ilə işləmək;
- Paylaşımların vaxtında və düzgün formada təşkil olunması
- Azərbaycan dilinin orfoqrafik və qrammatik qaydalarına əməl edərək mətnlərin yazılması.
Tələblər:
- Xanım Namizədlərə üstünlük verilir.
- SMM sferasında 1 ildən az olmayan iş təcrübəsi;
- Planlama və təşkilatçılıq bacarığı
- İşində məsuliyyətli, punktual, həvəsli və operativ olmaq;
- İdarə etmə bacarığı
6 günlük iş həftəsi
Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş saatı 9:30-10:00
Əmək haqqı: 500 azn (başlanğıc üçün).
VAKANSİYA 12
Baku Marriott Hotel Boulevard
Plant Room Operator / Operator (Su anbarları və su təchizatı; Qazanxana və nasos sistemləri; Havalandırma sistemləri)
Son tarix 12 yan 2023
Ünvan: Azərbaycan, Bakı şəh. Xəqani Rüstəmov küç 4C
Son müraciət tarixi: 12.01.2023
Vəzifə öhdəlikləri:
- Tələb olunduqda texniki avadanlığın qoşulmasını, saz vəziyətdə saxlanılmasını və təmirini təmin etmək
- Qazanxana otağı ilə yanaşı qızdırıcı, nasos, su çənləri və filtrlərin, habelə elektrik panellərin normal işləməsini təmin etmək və ümumi nəzarəti həyata keçirmək
- Qeydiyyat vərəqəsində cihazların ölçü və parametrlərinin müvafiq qaydada qeydiyyatını aparmaq
- Bütün mexanizmlərin təhlükəsiz və saz vəziyyətdə işləməsini təmin etmək
- Çənlərin içərisində su, hava və yanacağın tələb olunan miqdar, həcm və ölçüdə olmasını təmin etmək
- Aparılan su testlərinin (TDS/PH) nəticələri barədə qeydiyyatın aparılmasını təmin etmək
- Havalandırma sisteminin qurğularına nəzarət etmək, normal işləməsini təmin etmək və ümumi nəzarəti həyata keçirmək
- Generatorların gündəlik su və yanacaq səviyyəsini yoxlamaq və təhlükənin olmamasından əmin olmaq
- Mexanizmlərin şöbə tərəfindən təyin edilən qrafikə üzrə profilaktik təmirini təmin etmək
- Yaranacaq hər hansı fövgəladə hal/problem barədə əvvəlcədən birbaşa rəhbərinə məlumat vermək və qabaqlayıcı tədbir görmək
- Tələb olunduqda mühəndislik komandasına lazımi dəstək göstərmək və təlimlərdə iştirak etmək
Namizədə olan tələblər:
- Qeyd olunan vəzifə üzrə ən azı 2 il iş təcrübəsi
- Mühəndislik sahəsində Ali və ya Orta Texniki ixtisas təhsili
- Müvafiq sahə üzrə güvvədə olan diplom və/və ya sertifikat
- Texniki təhlükəsizlik və əməyin mühafizəsi əsaslarını bilmək
- Müxtəlif növbələrdə və dəyişkən cədvəl üzrə işləmək
- Yüksək ünsiyyətli və çevik, detallara həssas və dəqiq
- Azərbaycan dilində yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili arzuolunandır)
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Plant Room Operator / Operator (Su anbarları və su təchizatı; Qazanxana və nasos sistemləri; Havalandırma sistemləri)” qeyd edərək CV-lərini elektron ünvanına 12 yanvar 2023-cü il tarixinədək göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər işə qəbul prosesinin növbəti mərhələlərinə davət olunacaqlar.
VAKANSİYA 13
Maymed- Avis MMC
Mühasib
Son tarix 12 yan 2023 -
Namizədə tələblər:
- Yaş – 23-30
- Ali təhsil ( maliyyə ixtisası üzrə olması üstünlükdür)
- Mühasib olaraq minimum 3 il iş təcrübəsinin olması
- Mühasibat uçotu və vergi qanunvericiliyi üzrə biliklərin olması
- 1 C sistemi üzrə bilik və təcrübələri olmalı, , MS Excel üzrə mükəmməl biliklərə sahib olmalı
- Azərbaycan və rus dillərində səlis danışa bilməli, İngilis dili biliyi üstünlküdür
- Yalnız bəy namizəd axtarılır
İş barədə məlumat:
- Bütün növ vergi bəyannamələrinin hazırlanması və göndərilməsi
- Vahid bəyannamə hesabatının hazırlanması və göndərilməsi
- Vergi organları ilə məktublaşmaların aparılması
- E-qaimələrin tərtibi
- Statisitika hesabatlarının hazırlanması və göndərilməsi
- Bank və ƏDV depozit əməliyyatlarının aparılması
- Bank və ƏDV depozit hesablarının uçotu
- Kreditor və Debitor hesabların təqibi və aylıq üzləşdirmələrin aparılması
İş şəraiti:
- Həfətədə 6 günlük iş rejimi
- Tam qrafik
- Ünvan: Badamdar şossesi 5
- Əmək haqqı – 700-800
Maraqlanan namizədlər CV formlarını e-mail ünvanına göndərə bilərlər.
VAKANSİYA 14
PepsiCo
Internship program in Supply Chain Demand planning
Son tarix 12 yan 2023 -
Choose your way to grow in FMCG field by starting a 1-year full-time paid Internship program in Supply Chain Demand planning.
What does the internship program involve:
- Start as a member of global international team responsible for supply chain operations
- Involve in analyzing the sales, updating the various data for forecasting and planning the sales
- Participate in preparing various reports related to logistic operations
- Get full support from PepsiCo team within the internship
- Contribute to development of our business by realizing various tasks and projects
- Put your knowledge into practice and gain new insights
What we’re looking for:
- Graduates or undergraduate students (IV years) of Economics, Math, Business administration or any other technical field
- Previous practice through internships/projects in analytics or planning would be an advantage;
- Fluent in Azerbaijani and Russian languages, English on B1+
- Knowledge of MS Office programs with proficiency in Excel (this will be tested)
- Strong analytical skills
- Proactive, with good organizational skills
- Ready to put his/her knowledge into practice
- Highly motivated self-starter
- Ready to work full-time (40 hours p/week) with possibility of flexible hours upon request
What we offer:
- Deep dive in Supply Chain demand planning;
- 1 year hands on experience with professionals team;
- Continuous support from PepsiCo team;
- Salary 400 AZN gross;
- Access to invaluable learning and development online resources of PepsiCo
If you are eager to learn and progress through your career in an international community, you are more than welcome to send your resume.
! Please do not forget to indicate the program title you are applying for in the subject line of your e-mail.
Please note that by sending your resume, you give your consent for the processing (collection, recording, systematization, accumulation, storage, updating, modification, retrieval, use, blocking, deletion, destruction) and/or transferring your personal data with or without the use of automation equipment to the organizations (local or international) with which the company interacts on the basis of the relevant agreements.
VAKANSİYA 15
BakuMart
Aparıcı Mühasib
Son tarix 12 yan 2023
İş rejimi: 6 günlük
Əmək haqqı: 1100 – 1300 azn
İş haqqında:
- 1C 8.3 Proqram təminatı, Microsoft Excel mükəmməl
- Dil biliyi: İngilis dili
- Vergi Məcəlləsi, Əmək Məcəlləsi , Mülki Məcəllə, Beynəlxalq və Milli Mühasibat Uçotu Standartları üzrə nəzəri və praktiki biliklər
- Vergi, maliyyə və statistik hesabatların hazırlanması (ƏDV,ÖMV,MZHH, PVHH,Balans, Statistika,Vahid)
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, mal hərəkətinin uçotu və inventarizasiyası, ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi
- Vergi qanunvericiliyinə uyğun olaraq hesabatların, sənədlərin yoxlanılması və nəzarətdə saxlanılması
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nəğd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Əmək haqqı, məzuniyyət, xəstəlik, mükafat və s. hesablanması
- Görülən işlər üzrə həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi, ortaya çıxa biləcək vergi və maliyyə riskləri üzrə təhlillər aparmaq və hesabat şəklində təqdim etmək
Namizədə tələblər:
- Təhsil : ALİ - İqtisadiyyat,maliyyə,riyaziyyat,mühasibatlığı bitirənlərə üstünlük veriləcək
- Dil biliyi: İngilis dili
- İş təcrübəsi : 3 ildən az olmayaraq topdan,pərakəndə və istehsalat sahəsində iş təcrübəsi
Tələblərə cavab verən namizədlər “mühasib” başlığı altında CV-i mail ünvanına göndərə bilərlər