FED.az xəbər verir ki, "AccessBank" Sumqayıt, Xırdalan, Gəncə, Bərdə və Lənkaran filiallarında Mikro və Aqro kreditlər üzrə kiçik mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.
Eləcə də bax: "Rabitəbank" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
• Potensial müştərilərin cəlb olunması və məlumatlandırılması
• Müştərilərin tələblərini nəzərə alaraq, uyğun kredit məhsulların təklif edilməsi
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək
• Sənədlərin yoxlanılması və kreditin verilməsindən qabaq Kredit Komitəsinin bütün şərtlərinin yerinə yetirilməsi
• Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
• Şəxsi portfel üzrə hədəflərin yerinə yetirilməsi.
Tələblər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
• Dil bilikləri: Azərbaycan dili (əla), xarici dil (Rus və/ ya İngilis dili) bilənlərə üstünlük verilir
• Komputer bilikləri; Microsoft Office (Word,Excel);
• Kollektivdə işləmək qabiliyyəti və arzusu
• Güclü ünsiyyət bacarığı. Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Müştəriyönümlülük, məsuliyyətlilik və operativ qərarvermə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər, mövzu hissəsində vakansiya adını və filialı, qeyd etməklə öz CV formalar [email protected] ünvanına göndərə bilər.