Məlumat mərkəzi və Telesatış şöbəsinin müdiri.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, idarəetmə və satışların təşkili sahəsində təcrübəsi olan bütün namizədləri aktiv şəkildə böyüyən komandamıza qoşulmağa dəvət edirik!
Beynəlxalq Bank böyük mənfəət açıqladı – HESABAT, RƏQƏMLƏR
Məlumat mərkəzi və telesatış şöbəsinin rəhbəri vəzifəsinə liderlik bacarıqları olan, müştərini və komandanı məmnun etməyi, 100 nəfərdən artıq işçi heyyətini idarə etməyi bacaran namizəd axtarırırıq!
Bankımızın peşəkar komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
• Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
• Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
• Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
• Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
• Yüksək komanda ruhunda əməkdaşlıq;
• Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
• Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
• Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
• Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
• Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
• Operatorların işinin effektiv şəkildə təşkili, bazanın qurulması, iş modellərinin təkmilləşdirilməsi, İT sistemləri üçün tələblərin təsvirinin hazırlanması;
• Cari iş proseslərinin nəzarətdə saxlanılması, operatorların iş yerlərində effektiv şəkildə fəaliyyət göstərə bilməsi üçün iş yükünün pik saatlarını düzgün təyin etmək;
• Rutin işləri minimuma endirmək, mütəxəssislərin daha da səmərəli çalışmasına maraq yaratmaq üçün motivasiya sistemlərindən istifadə;
• Stressdən azadolma metodlarının aşılanması və operatorların “emosional tükənmə” və “peşəkar yanma” sindromlarından uzaqlaşdırma;
• Məlumat mərkəzinin Bankın bütün strukturları ilə informasiya mübadiləsinin və əlaqəsinin təşkil edilməsi;
• Məlumat mərkəzinin iş yükünə operativ reaksiyasını təmin etmək məqsədi ilə Bankın biznes proseslərində olan dəyişiklikləri nəzarət altında saxlamaq;
• Zəng sayının artırılması, skriptlərin təkmiləşdirilməsi;
• Nəzarət və hesabat sisteminin inkişafı, xidmət keyfiyyətinin yüksəldilməsi və qiymətləndirilməsi;
• İşçilərin işə qəbulu və adaptasiyasında iştirak, motivasiya sisteminin qurulması;
• Cari işçilərin peşəkar bacarıqlarının mükəmməlləşdirilməsi məqsədi ilə mütəmadi təlim proqramlarının hazırlanmasında iştirak;
• Bankın rəhbərliyinə lazımi məlumat və hesabatların təqdim olunması.
Axtardığımız namizəd:
• Məlumat mərkəzi və ya satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 3 il iş təcrübəsi olan
• Məlumat mərkəzi və ya satış üzrə rəhbər və ya trener kimi təcrübəsi olan
• Münaqişələrə kreativ həll yolu tapan
• Analitik düşünmə bacarığı olan
• Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən
• Güclü kommunikativ qabiliyyətə sahib olan
• Kompüter və MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Məlumat mərkəzi və telesatış şöbsinin müdiri")
Əlavə məlumat üçün: www.ibar.az