Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2020-ci ili böyük mənfəətlə başa vurub.
Eləcə də bax: Azərbaycanın ən böyük bankı - MALİYYƏ VƏZİYYƏTİNİ AÇIQLADI
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ölkənin ən böyük bankı 2020-ci ildə 129 milyon manat xalis mənfəət əldə edib.
Faiz gəlirləri 400 milyon manatı keçib
2020-ci ildə ABB-nin faiz gəlirləri 406 milyon 244 min manat olub. Bu əvvəlki illə müqayisədə 8% azdır.
Faiz gəlirlərinin 242,2 milyon manatı müştərilərə verilən kreditlərdən əldə edilən gəlir, 98 milyon manat banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə gəlirlər, 48,6 milyon manat isə qiymətli kağızlardan əldə edilən gəlirlər təşkil edib.
Əmanət sahiblərinə 38 milyon manat ödənilib
Ötən il Beynəlxalq Bankın faiz xərcləri 104 milyon 275 min manat olub. Bunun 37 milyon 872 min manatı depozitlər üzrə ödənilən faizlər, 61 milyon 645 min manatı qiymətli kağızoar üzrə ödənişlərdir. Nəticədə ilin sonuna Bankın xalis faiz gəliri 302 milyon manata çatıb.
Qeyri-faiz xərcləri və maaşlar kəskin artıb
2020-ci ildə ABB-nin qeyri-faiz gəlirləri 125 milyon 389 min manat təşkil edib. Bunun 70 milyon 836 min manat haqq və komissiya gəlirləri, təqribən 54 milyon manat isə xarici valyutadan gəlirlərdir.
Bu dövrdə bankın qeyri-faiz xərcləri 224 milyon 146 min manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın qeyri-faiz xərcləri 35,3% artıb. Ötən il Bankda əmək haqqı fondu təqribən 9 milyon manat və ya 12,5% artaraq 75,5 milyon manata yüksəlib.
Ümumi və inzibati xərclər isə 13,4% artaraq 16,4 milyon manata çatıb. Bankın digər xərcləri isə 48 milyon manat artaraq 111 milyon manata keçib.
Əməliyyat mənfəəti 200 milyon manatı keçib
Nəticədə 2020-ci ildə Beynəlxalq Bankın əməliyyat mənfəəti 200 milyon manatı keçərək 203 milyon 211 min manata çatıb.
Bu vəsaitin 20,4 milyon manatı mümkün zərərlər üçün məqsədli ehtiyatların yaradılmasına xərclənib. Nəticədə mənfəət vergisindən əvvəl bankın mənfəəti 182 milyon 820 min manat təşkil edib.
2020-ci ilin nəticələrinə görə, Beynəlxalq Bank təkcə mənfəət vergisi şəklində dövlət büdcəsinə 53,4 milyon m anat vergi ödəyib. Nəticədə bankın il üzrə xalis mənfəəti 129,4 milyon manat təşkil edib. Bu əvvəlki ilin göstəricisindən 57% azdır.
Koronavirus pandemiyasının təsirləri
Mənfəətin azalmasının səbəbi, 2020-ci ildə bütün dünyada koronavirus pandemiyasının yayılması və onun qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlər səbəbindən biznes aktivliyinin azalmasıdır. Nəticədə iş adamları və şirkətlərin iş aktialiyi aşağı düşüb, dövriyyələr və əməliyyatlar azalıb. Eləcə də, bu il ölkə banklavrının özünüməşğulluq tədbirlərində aktiv iştirv etməsi və aztəminatlı insanlara dəstək tədbirlərinə qoşulması da ABB-nin xərclərini artırıb. Buna baxmayraq bank böyük əməliyyat mənfəəti ilə çalışıb və ili yüksək xalis mənfəətlə başa vurub.
Aktivləri 9 milyard manat ətrafındadır
2020-ci ilin nəticələrinə görə, Azərbaycan Beynəlxalq Bankı ölkənin ən böyük bankıdır, bankın aktivləri 8 milyard 962,8 milyon manat təşkil edir. Bu ölkədəki bütün bankların ümumi aktivlərinin təqribən 3-də 1-i deməkdir.
Əvvəlki ilin sonu ilə müqayisədə aktivlərin həcmində 2,8% azalma var.
Qiymətli kağızlara yatırımlar 400 milyon manat artıb
Aktivlərin 2,5 milyard manatdan artaq hissəsi nağd vəsaitlərin, 2,5 milyard manata yaxın hissəsi banklar və digər maliyyə təşkilatlarındakı depozitlərin payına düşür.
2020-ci ildə Beynəlxalq Bank qiymətli kağızlara sərmayələrini kəskin artırıb. Bu sahəyə yatırılan vəsaitin həcmi təqribən 400 milyon manat və ya 46% artaraq 1 milyard 268 milyon manata çatıb.
Kredit portfeli və biznes kreditləri ciddi artıb
Pandemiyanın gətirdiyi çətinlikloər və biznes aktivliyin aşağı düşməsinə baxmayaraq Beynəlxalq Bank 2020-ci ildə kredit portfelini ciddi surətlə artırıb. Hesabata əsasən, 2020-ci ilin sonunda bankın ümumi kredit portfeli 234 milyon manat və ya 9,8% artaraq 2,6 milyard manata yüksəlib.
Bu dövrdə bankın biznes kreditləri təqribən 6% artaqaq 1 milyard 323,4 milyon manata yüksəlib.
İstehlak kreditləri isə 91 milyon manat və ya 18 milyon manat artaraq 600 milyon manata çatıb.
Ötən il bankın daşınpmaz əmlak sahəsinə ayırdığı - ipoteka kreditlərində də ciddi artım var. İpoteka kreditləri 70 milyon manat artaraq 685 milyon manat olub.
Ümumilikdə ötən il bankın xalis kredit portfeli 213 milyon manat artaraq 2 milyard 366 milyon manat təşkil edib.
Əhalinin əmanətləri 100 milyon manat çoxalıb
2020-ci ilin yekunlarına əsasən, Bekynəlxaldq Bankın ümumi öhdəlikləri 7 milyard 636,2 milyon manat təşkil edib. Bu əvvəlki illə müqayisədə təqribən 3% azdır.
Ötən il Banka fiziki şəxslər – əhali tərəfindən yatırılan əmanətlər 102 milyon manat artaraq 1 milyard 290 milyon manatı keçib.
Bankda hüquqi şəxslərin depozitləri isə təqribən 4% azalaraq 4 milyard 259,3 milyon manat təşkil edib.
2020-ci ilin sonuna bankın kapitalı 1 milyar 326 milyon manat təşkil edib ki, bu da ölkədəki bütün bankların ümumi kapitalının 28%-dən çox hissəsi deməkdir.