FED.az Beynəlxalq Bank Kiçik və Orta Sahibkarlarla İş departamentinin Kiçik və Orta Sahibkarlara Xidmət üzrə Təcrübəçi/Assistant (KOS-Təcrübəçi/Assistant) vakansiyalarını elan edir.
Eləcə də bax: "Baku Electronics LTD" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək və yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
Rəhbərliyin aidiyyatı digər tapşırıqlarını icra etmək, şöbənin və departamentin fəaliyyəti dövrü ərzində əmələ gələn digər vəzifələri yerinə yetirmək;
Vakant vəzifə üzrə tələblər:
Ali iqtisadi təhsil;
Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
MS Office proqramları ilə işləmə baracığı;
Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
İş təcrübəsi tələb olunmur.
Bu iş sizə nələri qazandıracaq:
Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Təcrübə proqramının sonunda iş təklifi qazanmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 aprel 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “KOS-Təcrübəçi/Assistant” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az