FED.az xəbər verir ki, "Baku Electronics LTD" işə qəbul üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
VƏZİFƏ BORCLARI:
- Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarətin aparılması.
- İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkili.
- Namizədlər bazasının daim yenilənməsi.
- Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi.
- CV incələmə, işə qəbul testlərinin həyata keçirilməsi.
- İşçilər barədə məlumat bazasına yenilik və dəyişikliklərin daxil edilməsi.
İXTİSAS TƏLƏBLƏRİ:
- Ali təhsil.
- Sahə üzrə 2-3 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan, Rus dilləri əla səviyyədə.
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı.
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Word, Excel, və s.).
- Məsulliyyət, dəqiqlik kimi müsbət göstəricilərə malik olmalı.
Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV-lərini ([email protected]) elektron poçtuna göndərməlidir.
"Mövzü" qismində müraciət edilən vakansiyanın adı qeyd olunması mütləqdir.