FED.az xəbər verir ki, Beynəlxalq Bank Bakı şəhərlərində yerləşən filliallarına Ofis Meneceri vəzifəsi üzrə vakansiyası elan edir.
Eləcə də bax: "Bank Respublika" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
Məktubların müvafiq vasitələrdən istifadə etməklə qeydiyyatının aparılması və bazasının formalaşdırılması;
Daxili təchizat-təminat məsələlərinin idarəedilməsi.
Müştəriləri nəzakətli qarşılamaq, onların ilkin tələbatlarını öyrənmək
Davranış səriştələri:
Komandada işləmə qabiliyyəti.
Peşəkar, məsuliyyətli, diqqətli olmaq.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil.
Kompüterdə iş bacarığı – MS Office proqramları
Vəzifəsindən irəli gələn daxili qaydalara, məhsul və xidmətlərə, eyni zamanda daxili tariflərə dair yenilikləri izləmək və yüksək səviyyədə bilmək.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 Mart 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ofis Meneceri (Bakı)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az