FED.az xəbər verir ki, "Bank Respublika" “Hesab üzrə mütəxəssis (Azadlıq filialı)” vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "AFB Bank" işçi axtarır - VAKANSİYA
Ümumi vəzifə öhdəlikləri:
• Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
• Bankın hüquqi şəxs və fərdi sahibkar müştərilərinə xidmət etmək, o cümlədən müxtəlif müqavilələri, ərizə formaları, əmanət kitabçalarını rəsmiləşdirmək;
• Hüquqi şəxs müştərilərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
• Əmanət hesabları üzrə faizlərin və əmanətin ödənilməsini həyata keçirmək;
• Pul vəsaitlərinin nağdsız qaydada hesablara daxil edilməsi və silinməsini həyata keçirmək;
• Əmanət, bank kartları, bank metalları, pul köçürmələri və bank seyfi üzrə əməliyyatlar aparmaq;
• Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
• Müştərilərin hesabları üzrə çıxarışları hazırlamaq və təqdim etmək;
• Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
• Potensial müştərilərin cəlb olunması ilə bağlı araşdırmaların həyata keçirilməsi.
Namizədə qarşı tələblər:
• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• İş təcrübəsi: korporativ müştərilərə xidmət üzrə 2 illik iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır);
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
• Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 7 mart 2020-ci il tarixinədək, email-in mövzu hissəsində “Hesab üzrə mütəxəssis (Azadlıq filialı)” qeyd edərək [email protected] elektron ünvanına göndərə və ya aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilər. (https://www.bankrespublika.az/user/az/login)
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.