FED.az xəbər verir ki, “AzInTelecom” MMC Biznes təhlili üzrə mütəxəssis vakansiyasını elan edir.
Eləcə də bax: "PAŞA Həyat" işçi axtarır - VAKANSİYA
Şöbə: Kommersiya departamenti/Marketinq şöbəsi
Vəzifə öhdəlikləri:
- Bulud məhsulları və beynəlxalq səs trafiki də daxil olmaqla, şirkətin kommersiya məhsullarının texniki-iqtisadi əsaslandırılması;
- Səs trafiki marşrutlarının təşkil edilməsi və şirkət ilə səs daşıyıcı operatorlar arasında marjinallığın yaxşılaşdırılması məqsədilə təhlilin aparılması;
- Müştərinin bulud təcrübəsinin davamlı olaraq təkmilləşdirilməsi və statistik vasitələrdən istifadə etməklə bulud məlumatlarının təhlilindən əldə edilən nəticələrin hazırlanması və təqdim edilməsi;
- Bulud mühitinin istifadə səviyyəsinin monitorinqi;
- Büdcələrin planlaşdırılması və maliyyələşdirmənin təşkil olunması üçün bulud müştəriləri ilə işləmə;
- Qərarların qəbulu məqsədilə məlumatların yüklənməsi, təmizlənməsi, yoxlanılması və modelləşdirilməsi;
- Biznes proseslərin təhlili, təkmilləşdirilməsi ve yeni biznes proseslərin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Analitik düşüncə və təhlil etmə bacarığı;
- Problem həll etmə bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Nəticəyönümlülük;
- Çarpaz funksiyalı komanda üzvləri ilə işi koordinasiya etmək;
- Təfsilatlara yaxından diqqət göstərməklə məntiqi və səmərəli şəkildə ünsiyyət qurmaq qabiliyyəti;
- Planlaşdırma və təşkilatçılıq;
- Vaxtın səmərəli idarə olunması bacarığı.
Təhsil:
- Ali (riyazi, iqtisadi və ya informatika sahəsində)
Dil bilikləri: Azərbaycan və ingilis dilləri (sərbəst), rus dili (arzu olunan)
İş təcrübəsi:
- Proqram təminatı və texniki avadanlıq məhsullarının biznes təhlilində ən azı 3 illik təcrübə;
- Bulud məhsullarının təhlili sahəsində təcrübə əlavə üstünlükdür.
Xüsusi tələblər:
- Microsoft Office proqramlarında (Word, Excel və Power Point) sərbəst işləmə bacarığı;
- STATA və ya SPSS kimi statistika proqram təminatları üzrə biliklər;
- Microsoft Project kimi proqramlarda işləmək bacarığı.
İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)
CV-lərinizin mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.