FED.az xəbər verir ki, "PAŞA Həyat" İnformasiya texnologiyaları departamenti, İnformasiya sistemlərinin təminatı şöbəsinə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Eləcə də bax: "Azərsun Holdinq" işçi axtarır - VAKANSİYA
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 20 aprel 2020-ci il
Əsas vəzifə öhdəlikləri:
1. İnformasiya texnologiyaları siyasətinin həyata keçirilməsini təmin etmək;
2. İnformasiya texnologiyası infrastrukturunun inkişafı və texniki cəhətdən modernləşdirilməsi istiqamətində işləri görmək;
3. İP telefonları qurmaq və idarə olunmasını təmin etmək; Cisco avadanlıqlarla işləmə bacarığı (router, switch, wireless , telefonlar – controller və s.)
4. Yeni informasiya texnologiyalarının və proqram təminatının təkmilləşdirilməsini həyata keçirmək və şirkətin iş fəaliyyətində onların tətbiq edilməsini təklif etmək;
5. Şirkət əməkdaşlarının kompüter avadanlıqlarının, elektron poçt-kommunikasiya vasitələrinin və korporativ şəbəkənin işinin müntəzəmliliyini və keyfiyyətliliyini təmin etmək;
6. Şirkətin bütün struktur bölmələrinin əməkdaşlarının kompüter avadanlıqlarında və proqram təminatında meydana çıxan istənilən nasazlıqların aradan qaldırılması üçün texniki yardım göstərmək və qüsurların qarşısını almaq məqsədilə təcili tədbirlər görmək;
7. İstifadə olunan kompüter proqramları üzrə bütün seqmentlərin işinin effektiv təminatını həyata keçirmək;
8. Şirkətin serverlərini (həmçinin virtual serverlər) mühafizə etmək , yenidən bərpa etmək, müəyyən olunmuş əməliyyatların aparılması (Exchange mail Serverə, Active Directory, File-Server–ə nəzarət, MS 365 SharePointServerlə işləmək və s.)
9. Şirkətin əməkdaşlarının öz iş fəaliyyətlərində informasiya texnologiyalarından istifadə, onların bu sahədə bilik və bacarıqlarının artırılması işini təşkil etmək;
10. Zəruri avadanlıqların və müxtəlif proqram məhsullarının istifadəsi və istismarı üzrə müntəzəm şəkildə treninqlər təşkil etmək və həyata keçirmək;
11. Daimi istifadəçilərin texniki problemlərini nəzarət etmək və aradan qaldırmaq;
12. İstifadədə olan soft lisenziyalarının araşdırılması və daimi nəzarətdə saxlanılmasını icra etmək;
13. İllik lisenziyalar və lazimi yeni lisenziyaların alınması işinin təşkil etmək;
14. Yeni əməkdaşlar üçün kompyuter və avadanlıqların quraşdırılmasını, şəbəkədə tanınmasını icra etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur
Təhsili/ixtisası: Ali təhsil – texniki ixtisaslar üzrə bakalavr təhsili tələb olunur (digər ixtisaslar üzrə ali təhsilli namizədlərdən müvafiq sahə üzrə sertifikat tələb olunur)
Texniki bilikləri: Windows Server Core, ADDS, DNS, DHCP, NPS, Hyper-V, WSFC, SQL Always On, IIS, Exchange, SharePoint
Dil bilikləri: Azərbaycan dilini mükəmməl səviyyədə bilməli, rus və ingilis dillərində sənədlərlə işləmək bacarığı və orta səviyyədə yazı və oxuma bacarıqları olmalı
Kompüter bilikləri: MS Office - əla
Üstünlüklər: Şəbəkə (CCNP, HCNP), VoIP (3CX), Microsoft 365 və Powershell üzrə biliklər
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək İnformasiya sistemlərinin təminatı şöbəsinin baş mütəxəssisi vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.