Banner
Banner

Vakansiyalar

“AzInTelecom” işçi axtarır - VAKANSİYA

“AzInTelecom” işçi axtarır - VAKANSİYA | FED.az
19:57 2 Aprel 2020

FED.az xəbər verir ki, “AzInTelecom” MMC Dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Eləcə də bax: Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA

Şöbə: Kommersiya departamenti/ Korporativ kommunikasiyalar şöbəsi/

Marketinq kommunikasiyaları sektoru

Vəzifə öhdəlikləri:

  • Xarici və daxili kommunikasiyalar üçün qrafik dəstəklərin hazırlanması
  • Rəqəmsal daşıyıcıların UI/UX işlərinin koordinasiyası
  • Şirkətdaxili və şirkətdənkənar təqdimatların hazırlanması
  • Promo məhsulların dizaynının hazırlanması
  • Korporativ üslubun daima yeniləməsi və genişləndirilməsi
  • Gündəlik veriləcək dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi
  • Yeni layihə üçün tələb olunarsa korporativ üslubun hazırlanması

Tələb olunan bilik və bacarıqlar:

  • Əsas dizayn proqramları üzrə (CorelDraw, Adobe Illustrator, Adobe Photoshop) biliklər
  • Əlavə proqram bilikləri (3d Max, Adobe InDesign, Adobe XD, Adobe AfterEffect arzu olunandır)
  • Texniki/peşəkar biliklər və bacarıqlar (İşçinin işinə aid və lazım olan bilik və bacarıqların səviyyəsi və öyrənməsi)
  • Rəqəmsal və çap materialları ilə peşəkar səviyyədə işləmə bacarığı
  • MS Power Point ilə işləmək bacarığı
  • Məsuliyyət və nəticəyə yönümlülük
  • Kreativ düşüncə
  • Stresədavamlılıq

Xüsusi tələb: Portfolio

Təhsili: Ali təhsil (incəsənət sahəsində ali təhsil arzuolunandır)

Dil bilikləri: Azərbaycan və rus (sərbəst), ingilis dilini bilənlərə üstünlük verilir.

İş təcrübəsi:Qrafik dizayn işləri ilə əlaqədar ən azı 6 ay iş təcrübəsi (1 il və ya daha çox müddətə üstünlük verilir)

İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Digər xəbərlər

SORĞU

Azərbaycanda hansı həyat sığortası şirkətinə etibar edirsiniz?